Skip to content
12 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 260)
  • Gündəm (11. 389)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ağdam Sənaye Parkına media-tur təşkil olunub

Ağdam Sənaye Parkına media-tur təşkil olunub. Media-turda qeyd olunub ki, son dövrlərdə ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye
Cavidan 9 Yanvar, 2025

Ağdam Sənaye Parkına media-tur təşkil olunub.

Media-turda qeyd olunub ki, son dövrlərdə ölkədə sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Azərbaycanda 13 sənaye zonası mövcuddur. Bunlardan 9-u sənaye parkı, 4-ü isə sənaye məhəlləsi statusundadır.

Ağdam Sənaye Parkı Dövlət başçsının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında ən böyük məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin olunmasıdır.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb.

Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük park hesab edilir.

Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilməklə yanaşı, daxili bazarda da geniş satışı həyata keçirilir. Artıq Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində ilk ixracıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır.

Həmçinin Sənaye Parkının digər rezidenti tərəfindən istehsal edilən tikinti təyinatlı ayaqqabıların da ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan verir.

Bundan başqa hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə tikinti işləri görülür.

Cari ildə Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.

O da qeyd olunub ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.

Continue Reading

Previous: AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 4 dəfə artıb
Next: Putinin sözçüsü: Rusiya Azərbaycan təyyarəsi ilə bağlı obyektiv araşdırma aparılmasında maraqlıdır

Bölmənin digər xəbərləri

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir
  • Cəmiyyət

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq
  • Cəmiyyət

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
  • Dünya

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 1

Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir

12 Mart, 2026
Sabah Bakıda hava yağmursuz olacaq 2

Sabah Bakıda hava yağmursuz olacaq

12 Mart, 2026
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 3

İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb

12 Mart, 2026
Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 4

Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

12 Mart, 2026
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 5

İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

12 Mart, 2026
XIII Qlobal Bakı Forumu başlayıb 6

XIII Qlobal Bakı Forumu başlayıb

12 Mart, 2026
UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək 7

UEFA Konfrans Liqası: “Samsunspor” “Rayo Velyekano”nu qəbul edəcək

12 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 066)
  • Dünya (3. 260)
  • Gündəm (11. 389)
  • İdman (635)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (472)
  • Kriminal (1. 348)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 964)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9066) Dünya (3260) Gündəm (11389) Kateqoriyasızlar (472) Kriminal (1348) Mədəniyyət (338) Siyasət (2964) Texnologiya (14) İdman (635) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan Avrasiya regionunda 41 investisiya layihəsi həyata keçirir 12 Mart, 2026
  • Sabah Bakıda hava yağmursuz olacaq 12 Mart, 2026
  • İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb 12 Mart, 2026
  • Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq 12 Mart, 2026
  • İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır 12 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.