Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.Bu barədə Tarif Şurası məlumat yayıb.Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,
Cavidan 2 Yanvar, 2025
8bf6b848-01b6-394f-893d-21e4cc1f4441_850 (1)

Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.
Bu barədə Tarif Şurası məlumat yayıb.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:
Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Təbii qaz tarifləri:
Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
48% abonent üzrə – 32 qəpik,
39% abonent üzrə – 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə – 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə – 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Elektrik enerjisi tarifləri:
Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
Əhali üzrə aylıq istehlak həcmi:
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
65% abonent üzrə – 45 qəpik,
20% abonent üzrə – 1 manat 33 qəpik,
15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi – 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: BDYPİ-nin Texniki Müayinə Mərkəzləri fasiləsiz işləyir
Sonrakı: Sabah da hava yağmursuz olacaq

Bölmənin digər xəbərləri

AZkdKUX7yURgCSsI V
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 13 Oktyabr, 2026
6ac8f3a1baa866ac8 b
  • Cəmiyyət

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Cavidan 13 Oktyabr, 2026
6acdd733b7edbM
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Alış-veriş Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health Inspiration4 Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Starlink Mobile Stories Süni intellekt Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 266)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (7)

Xəbər Trendi

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq AZkdKUX7yURgCSsI V 1
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

13 Oktyabr, 2026
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir 6ac8f3a1baa866ac8 b 2
  • Cəmiyyət

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr, 2026
Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB 6acdd733b7edbM 3
  • Gündəm

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb – YENİLƏNİB

13 Oktyabr, 2026
İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian 4
  • Cəmiyyət

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir – Pezeşkian

13 Oktyabr, 2026
Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi 5
  • Texnologiya

Google OLED ekrana və dəyişdirilən batareyaya malik Fitbit Edge fitnes-qolbağını təqdim etdi

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3266) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (235) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (7) İdman (246) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 102
  • 98
  • 4. 569

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.