Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salmır.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib.
“Bu tədbir mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib. Hava gəmilərinin ekipajları, aviasiya dispetçerləri və hava limanı xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər”, – məlumatda qeyd olunub.