Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 950)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Prezidentin qərbi azərbaycanlılar ismarışı – İrəvandan gözlənilən cavab – ŞƏRH

Cavidan 19 Dekabr, 2024

Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində qərbi azərbaycanlıların Ermənistana reinteqrasiyasından danışıb.

Jurnalist Prezidentdən Qarabağda qalan ermənilərin sayı ilə maraqlanıb.

Dövlət başçısı onların sayını açıqlayaraq hələ 2023-cü ilin sentyabrında, birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc edildiyini bildirib. O əlavə edib ki, erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi:

“Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq”.

Prezident İlham Əliyev həmin ermənilərin Azərbaycan dövlətinə yaşamaq üçün müraciət etmələri üçün şərait yaradıldığını da qeyd edib:

“Bir insan Azərbaycandan Rusiyaya işləməyə gedir, müvəqqəti yaşayış hüququ və ya çalışma icazəsi alır, qeydiyyatdan keçir, sonra o, vətəndaşlıq üçün müraciət edir. Proses bundan ibarətdir. Biz də bunu təklif etdik, amma heç biri qəbul olunmadı”.

Bu, Qarabağdakı ermənilərlə bağlı Azərbaycana qarşı iddialar irəli sürən, insan hüquqlarının pozulduğuna dair rəsmi Bakının ünvanına əsassız ittihamlar səsləndirənlərə əhatəli və məntiqi cavab idi. Bu, Prezidentin həm beynəlxalq ictimaiyyətə, Rusiyadakı anti-Azərbaycan ünsürlərə, habelə rəsmi Moskvanı tənqid edən Ermənistan hakimiyyətinə məntiqi ismarışıdı.

Prezident bu cavabı ilə Azərbaycan cəmiyyətinə inteqrasiya, vətəndaşlığını qəbul etmək istəmədiklərindən ermənilərin ölkə ərazisini könüllü olaraq, tərk etdiyini də bildirib. Başqa sözlə qalıb yaşamaları üçün hər cür şərait yaradılsa da, onlar Azərbaycandan getməyə üstünlük veriblər.

Dövlət başçısı bu sualın cavabında Azərbaycan üçün daha həssas məsələdən bəhs edərək, qərbi azərbaycanlılardan danışıb: “Buna paralel olaraq Ermənistandan gələnlərin icması var, onlar 1980-ci illərin sonunda – 1990-cı illərin əvvəlində deportasiya olunmuş təxminən 300 min azərbaycanlıdır. Bu icma qayıtmaq, reinteqrasiya üçün onlara belə bir şəraitin yaradılmasına dair Ermənistan rəhbərliyinə rəsmi müraciət edib”.

Dövlət başçısı qərbi azərbaycanlıların repatriasiya hüquqlarının olduğunu vurğulayıb: “Onların 1990-cı illərin əvvəlində oradan deportasiyası o demək deyil ki, bu insanların qayıtmaq hüququ yoxdur. Ona görə də biz hələ bu günədək Ermənistan rəhbərliyindən azərbaycanlıların öz tarixi torpaqlarına reinteqrasiyası prosesini necə görmələri barədə cavab almamışıq. Zənnimcə, əgər bu iki proses paralel kursla gedərsə, onda bu, sülh üçün ən yaxşı ictimai ab-hava yaradacaq. Çünki sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur”.

Prezident Rusiya telekanalına müsahibəsində qərbi azərbaycanlıların Ermənistan tərəfindən vətəndaşlıq hüquqlarının bərpa olunması haqda açıqlaması yada 2019-cu il oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında etdiyi çıxışı da xatırlamağa əsas verdi. Onda dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” idman kompleksində “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”, ifadəsinə cavab olaraq demişdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Müsahibə alan telekanalda çox sayda anti-Azərbaycan çıxışlar edilib, verilişlər hazırlanıb, yalanlar toxunub. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın regional məsələlərə obyektiv mövqeyinin oradan işıqlandırılması rəsmi Bakının Rusiya ictimai fikrinə təsiretmə imkanlarını göstəricisidir.

Qərbi azərbaycanlıların qayıdışı məsələsinin qətiləşdirilməsi isə “Qarabağ Azərbaycandır və nida işarəsi” ilə uyğunluq təşkil edir. Bu, Azərbaycanın Qarabağ məsələsi ilə bağlı dəyişməz mövqeyi idi. Prezident dünyaya torpaqların əsl sahiblərini dünyaya bir daha açıqlamışdı.

Dövlət başçısının “Valday” konfransında verdiyi bəyanat bir il sonra reallaşmağa başladı. Azərbaycan indi həmin torpaqlarda quruculuq işləri görür. Ermənistanın işğalı nəticəsində torpaqlarından yurdlarından qaçqın düşənlər geri qayıdırlar.

Prezidentin Rusiya telekanalında qərbi azərbaycanlılarla bağlı bəyanatı da rəsmi Bakının onların repatriasiyası, pozulmuş, tapdanan hüquqlarının bərpasında qətiyyətli olduğunu göstərir.

Belə qənaətə gəlmək olar ki, qərbi azərbaycanlıların qayıdış, reinteqrasiyası kimi məsələlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin müddəalarındandır. İlham Əliyev İrəvandan bu məsələ ilə bağlı hələ cavab almadığını da müsahibəsində vurğulayıb.

Tərəflər arasında normallaşma prosesi qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpasından başlayır. Prezidentin müsahibəsindən bu məsələyə də aydınlıq gətirmək olar: “Sülh təkcə sülh sazişini imzalamaq demək deyil, bu, həm də ictimai konsensusdur”.

Reallığı görməzlikdən gələn beynəlxalq ictimaiyyət təəssüf ki hələ də Ermənistanın və erməni lobbisinin həqiqətə uyğun olmayan iddialarını müdafiə edir. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də onlar rəsmi Bakının torpaqları güzəştə getməsi üçün təzyiqlər göstərirdi. Belə qənaətə gəlmək olar ki, regionda baş verənlərdən beynəlxalq ictimaiyyət nəticə çıxarmayıb. Yaxud bu istiqamətdə onlarda hələ də dəyişiklik müşahidə edilmir.

Azərbaycan qarşısında tələbləri artıran beynəlxalq ictimaiyyət qərbi azərbaycanlıların 36 ildir pozulan hüquqlarını dilə gətirmir, bu məsələni eşitməzlikdən, görməzlikdən gəlirlər. Azərbaycanın ərazi bütövlüyünü pozmaqda, dövlətçiliyinə, suverenliyinə, konstitusiyasına qarşı çıxdıqları üçün Bakıda həbsdə olanları ötən gün ABŞ Dövlət Departamenti müdafiə bəyanatı verib. Qurum həmin şəxslərin törətdiyi əməlləri nəzərə almadan “Azərbaycanı insan hüquqlarına hörmət etməyə” çağırır.

ABŞ-nin xarici siyasətini həyat keçirən bir qurumun belə qərəzli açıqlaması təəssüfləndirir. Halbuki departament ötən 35 ildə 300 min qərbi azərbaycanlının pozulmuş hüquqlarının bərpasına münasibət bildirməyib. Tarixi ədalətin bərpası üçün beynəlxalq ictimaiyyət qarşında belə bir tələb irəli sürülə bilər – Qərbi azərbaycanlılar qayıtmalıdır, vəssalam!(Report)

Continue Reading

Previous: Ərdoğan: Qardaş Azərbaycana D-8 ailəmizə “xoş gəldiniz” deyirəm
Next: DİM sədri: Azərbaycanda psixometriya sahəsi üzrə mütəxəssislərin sayı çox azdır

Bölmənin digər xəbərləri

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək
  • Cəmiyyət

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb
  • Cəmiyyət

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH
  • Cəmiyyət

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 1

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 2

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 3

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb 4

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 5

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb 6

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 7

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 950)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8754) Dünya (3149) Gündəm (10950) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (563)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 27 Yanvar, 2026
  • Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 27 Yanvar, 2026
  • Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 27 Yanvar, 2026
  • Azərbaycan nefti ucuzlaşıb 27 Yanvar, 2026
  • Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.