Skip to content
25 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər
  • Cəmiyyət

Bu tarixdən bütün marşrut sürücülərindən COVID pasportu tələb oluna bilər

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu
Cavidan 21 Sentyabr, 2021
1610331161_Bakubus-avtobus

Oktyabr ayının 1-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVİD-19 pasportu olmayan bütün taksi sürücülərinə qarşı reydlər keçiriləcək. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, oktyabr ayının 1-dən koronavirus infeksiyasına qarşı hər iki peyvənd olunmayan taksi sürücüləri barədə qanuna müvafiq tədbirlər görüləcək.
Bu reydlər yalnız taksi sürücülərinə aid ediləcək, yoxsa bütün sərnişindaşıma sürücülərinə? Avtomobildə maksimum 4 sərnişin daşıya biləcək sürücülərə qarşı reydlər keçirilirsə, bu proses 35-40 sərnişin daşıyan asvtobus sürücülərinə də aid edilməlidir.
Məsələ ilə bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir: “Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə əks olunub.
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Müəyyən olunan norma və qaydaların təmin olunması istiqamətində DİN əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Polis əməkdaşlarının avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatını yoxlaması qanunauyğundur”.
E. Hacıyev deyib ki, bütün tədbirlər koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.(trend)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı – VİDEO
Next: Azərbaycan XİN Maltanı təbrik etdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-25 123511
  • Cəmiyyət

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 121620
  • Cəmiyyət

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Cavidan 25 İyul, 2026
Screenshot 2026-07-25 110956
  • Cəmiyyət

Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq

Cavidan 25 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9791) Dünya (3466) Gündəm (11969) Kateqoriyasızlar (525) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (677) İqtisadiyyat (608)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.