Skip to content
8 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 445)
  • Dünya (3. 042)
  • Gündəm (10. 563)
  • İdman (590)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ekoloji etika anlayışları gündəmə gətirilməlidir – Allahşükür Paşazadə

Cavidan 5 Noyabr, 2024

Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyllər – əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz edilməsi mütərəqqi dünya ictimaiyyətini narahat edir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Dini liderlərin Qlobal Bakı Sammitində deyib.

O bildirib ki, yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır.

“Sadalanan fəsadların aradan qaldırılması üçün əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarına bütün sahələrdə – siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə əməl olunması vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Proqramında iqtisadi səmərə, sosial ədalət və ekoloji tarazlığı təmin edən dayanıqlı yaşıl iqtisadiyyat modelindən söhbət açılır, bərpaolunan enerjinin hamı üçün əlçatan olması hədəflənir.

Təbii ki, “yaşıl” iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir. Zənnimcə, burada ekoloji etika anlayışları gündəmə gətirilməli, yaradanın neməti və mükəmməl əsəri olan təbiətə yanaşmada mənəvi-əxlaqi məqamlara istinad edilməlidir.

Bu gün insan həyatına təhlükələrin, beynəlxalq sabitliyə təhdidlərin artdığı müasir dövrdə ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı taleyüklü məsələlərin həlli istiqamətində siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılması və qlobal dialoqun gücləndirilməsi fövqəladə dərəcədə vacibdir. Bu zərurəti dəyərləndirən COP29 tədbirində problemin siyasi, iqtisadi səbəbləri dərindən tədqiq ediləcək”, – o qeyd edib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları – Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Continue Reading

Previous: Çempionlar Liqası davam edir: Günün əsas oyunları – AFİŞA
Next: “Ərdoğan yenidən prezident seçilməlidir” – Baxçalıdan ÇAĞIRIŞ

Bölmənin digər xəbərləri

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib
  • Cəmiyyət

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi
  • Cəmiyyət

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi

8 Dekabr, 2025
İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb
  • Gündəm

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025

Top 7 Xəbər

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 1

İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib

8 Dekabr, 2025
Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 2

Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi

8 Dekabr, 2025
İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 3

İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb

8 Dekabr, 2025
Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 4

Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb

8 Dekabr, 2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 5

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

8 Dekabr, 2025
Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 7

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 445)
  • Dünya (3. 042)
  • Gündəm (10. 563)
  • İdman (590)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8445) Dünya (3042) Gündəm (10563) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (590) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev Tofiq Bakıxanovu ordenlə təltif edib 8 Dekabr, 2025
  • Vicdanlı sahibkarlara xüsusi diqqət göstərilməlidir – Prezidentin köməkçisi 8 Dekabr, 2025
  • İran XİN rəhbəri ABŞ ilə fikir ayrılıqlarının əsas səbəbini açıqlayıb 8 Dekabr, 2025
  • Dünya çempionatı: Azərbaycanın iki boksçusu qələbə qazanıb 8 Dekabr, 2025
  • Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.