Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dünyadakı bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq…
  • Cəmiyyət
  • Gündəm

Dünyadakı bir sıra güc mərkəzləri Ermənistanı silahlandıraraq…

Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının
Cavidan 2 Oktyabr, 2024
1707295286_1707294845_423472426_772366037554076_6879192166676781780_n

Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgə yaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki, dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər:

“Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüz minlərlə insanının acı taleyi düşündürmür”.

Komissiya sədri diqqətə çatdırıb ki, eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindəyik. Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır:

“Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən Konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir. Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusi ilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər”.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakının bu qəsəbəsində qaz olmayacaq
Next: Ermənistanda buna görə bir nəfər də məsuliyyətə cəlb olunmayıb

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 145221
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 131113
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

Cavidan 4 İyul, 2026
Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.