AZƏRTAC Azərbaycan və rus dili üzrə redaktor, tərcüməçi vəzifələrinə vakansiya elan edib.
Vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.
İş barədə məlumat
– Rus dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
– Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
– Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
– İş vaxtı – növbəli.
Namizədə tələblər
– Ali təhsilli olmalı;
– Azərbaycan və rus dillərini mükəmməl bilməli;
– Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
– Xəbər mətnlərinin üslubunu bilməli;
– Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
– Komandada işləyə bilməli.
Tərcüməçi
İş barədə məlumat
– İngilis dilindən Azərbaycan dilinə xəbərlərin yazılı tərcümə edilməsi;
– Tərcümənin Azərbaycan dilində yüksək səviyyədə yerinə yetirilməsi;
– Redaktorun tapşırıqlarının operativ həyata keçirilməsi;
– İş vaxtı – növbəli.
Namizədə tələblər
– Ali təhsilli olmalı;
– Azərbaycan və ingilis dillərini mükəmməl bilməli;
– Tərcüməçi kimi azı 5 il iş təcrübəsi olmalı;
– Xəbər mətnlərinin üslubunu bilməli;
– Kompüterdə mətni sürətli yığa bilmək bacarığına malik olmalı;
– Komandada işləyə bilməli.
Azərbaycan dili üzrə redaktor
İş barədə məlumat
– Azərbaycan dilində xəbərlərin redaktəsi;
– İnformasiyaların buraxılışa hazırlanması;
– Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
– Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
– Aktual mövzuların diqqətdə saxlanılması;
– Mətbuatın monitorinqi;
– Tam iş günü.
Namizədə tələblər
– Ali təhsilli olmalı;
– Azərbaycan dilini mükəmməl bilməli;
– Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
– Xəbər mətnlərinin üslubunu bilməli;
– Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
– Təşəbbüskar olmalı;
Rus dili üzrə redaktor
İş barədə məlumat
– Rus dilində xəbərlərin redaktəsi;
– İnformasiyaların buraxılışa hazırlanması;
– Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili;
– Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi;
– Aktual mövzuların diqqətdə saxlanılması;
– Mətbuatın monitorinqi;
– Tam iş günü.
Namizədə tələblər
– Ali təhsilli olmalı;
– Rus dilini mükəmməl bilməli;
– Redaktor kimi mətbuatda azı 5 il iş təcrübəsi olmalı;
– Xəbər mətnlərinin üslubunu bilməli;
– Xəbərləri operativ oxuyub buraxılışa verməyi bacarmalı;
– Təşəbbüskar olmalı;
Namizədlərdən özləri haqqında məlumatı oktyabrın 15-dək vakansiya@azertac.az ünvanına göndərmək və məktubun “mövzu” bölməsində vakansiyanın adını yazmaq xahiş olunur.
Yalnız qeyd edilən şərtlərə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.