Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda universitetlərə qəbul yerləri ARTIRILACAQ
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda universitetlərə qəbul yerləri ARTIRILACAQ

Cavidan 11 Sentyabr, 2024
1725975223_463220332_0_0_3124_1757_1920x0_80_0_0_fa05223508adae48e51fd84ef2f9e2a5

Ötən gün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Siyahıda ixtisasların illik təhsil haqları qeyd olunub.

Nazirlər Kabinetindən bildirilib ki, ali təhsil müəssisələrində kadr hazırlığı dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi ilə ayrı-ayrı ixtisaslar üzrə təsdiq olunmuş illik təhsil xərcinin miqdarına uyğun olaraq hesablanmaqla həyata keçirilir.

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə kadr hazırlığı üzrə müvafiq təhsil səviyyələrində hər bir təhsilalana müəyyən edilmiş təhsil xərclərinin miqdarında ötən 5 il ərzində artım olmayıb. Buna görə sözügedən qərar imzalanıb.

Modern.az-ın məlumatına görə, elm və təhsil nazirinin müavini İdris İsayev də Nazirlər Kabinetinin qərarı haqqında danışıb.

Nazir müavi vurğulayıb ki, təhsil sahəsində islahatlar Azərbaycan Respublikasının Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-ci illər üçün sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq həyata keçirilir.

O qeyd edib ki, strategiya ilə təsdiq edilmiş tədbirlər planında təhsilin digər pillələri ilə yanaşı ali təhsil pilləsi üzrə də islahat xarakterli fəaliyyət istiqamətləri nəzərədə tutulub:

“Bu fəaliyyət istiamətləri ilk növbədə ali təhsilin əlçatanlığının artırılması, əhatəliliyinin genişlənməsinə, rəqabət qabiliyyətinin artırılmasına, ali təhsil sistemində yeni məzmunlu təhsil proqramlarının tətbiqinə, səmərəli idarəetmə sisteminiin formalaşmasına və nəticə əsaslı yeni maliyələşmə mexanizminin tətbiqinə istiqamətlənib. Bu gün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu fəaliyyətləri həyata keçirməkdədir”.

Nazir müavini xatırladıb ki, ötən günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti bu tədbirlərdən irəli gələrək ali təhsil müəssələrində yeni maliyələşmə mexanizminin tətbiqi ilə bağlı 120 saylı qərara müvafiq dəyişikliklər edib.

“Məlumat üçün bildirim ki, ali təhsil sistemində yeni maliyələşmə mexanizmini ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə 2010-cu ildən, doktorantura səviyyəsi üzrə 2020-ci ildən tətbiq olunur və həmin qərara edilmiş dəyişikliyə əsasən bir təhsil alımına düşən illik təhsil xərclərinin orta məbləği təxminən 25 faiz artırılıb. Qərara əsasən, bakalavr təhsil səviyyəsi üzrə hər tələbəyə düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz, doktorantura səviyyəsi üzrə isə 60 faiz artırılıb”, – o bildirib.

İdris İsayev bildirib ki, bir bakalavriata və magistranta düşən təhsil haqqı xərci təxminən 3 min manat, doktorantura səviyyəsi üzrə 4500 manatdan çoxdur:

“Bu artımlar ali təhsilin səviyyələri və ixtisaslar üzrə fərqlidir. Bakalavriat səviyyəsi üzrə bir təhsil alımına düşən təhsil haqqı xərcləri ixtisaslar üzrə də fərqli müəyyən edilib, bu da ixtisasların xüsusiyyətlərindən irəli gəlir. Ən aşağı təhsil haqqı xərcləri təhsil və iqtisadi sahələr üzrə olan ixtisaslardadır. Ən yüksək təhsil haqqı xərcləri isə mədəniyyət, incəsənət və tibb ixtisası üzrədir. Bu da başadüşüləndir, mədəniyyət ixtisas qruplarında qruplar formalaşan zaman tələbələrin sayı ənənəvi olaraq digər qruplara nisbətən dəfələrlə aşağıdır, əməyin ödənişi xərcləri yüksəkdir. Tibb ixtisasları üzrə avadanlıqlar, laboratoriyalar, təhsil proqramlarının xüsusiyyətlərindən aslı olaraq təhsil haqqı xərcləri müəyyən edilmişdir”.

Nazir müavini deyir ki, bir təhsil alımına düşən təhsil haqları yalnız dövlət sifarişi ilə təhsil alan yerlər üzrə müəyyən edilib:

“Dövlət sifariş ilə ali təhsil müəssələrinə qəbul olan tələbələrin təhsil xərclərini dövlət qarşılayır. Dövlət büdcəsində bununla bağlı müvafiq vəsait nəzərdə tutulub. Cari ilin 4 ayında, ilin sonunadək bu artımla bağlı təxminən 26 milyon manat vəsait tələb olunacaq, növbəti ildə bu artımın maliyə təminantı 84 milyon manat edir. Həm bu ilin, həm də növbəti ilin büdcə maliyəsində artımlarla bağlı büdcə vəsaitləri nəzərdə tutulub. Onu da qeyd edim ki, bu artım təhsil müəssələrinə münasibətdə növbəti illərdə daha səmərəli təhsil göstərməyi gözləniləndir. Çünki dövlət sifarişli yerlərin sayı artır və 2026-ci ilin sonlarına qədər tələbə qəbulu üzrə 75 minə çatdırılması nəzərdə tutulur”.

Nazir müavinin sözlərinə görə, hal-hazırda 2024-2025-ci il üçün tələbə qəbulu ilə bağlı ilkin məlumatlar məlumdur:

“Təxminən 59 minə yaxın tələbəmiz təhsil alacaq, magistratura səviyyəsi üzrə təhsil alan tələbələrimizin sayı isə 14 mindən yuxarıdır, doktorantura üzrə hal-hazırda qəbul prosesi gedir, amma gözlənilən göstərici 500-dür. Ümumi olaraq hal-hazırda 73 minin üzərində tələbə var. Bu tələbələrin də, demək olar ki, yarısı dövlət sifarişli formada təhsil alır. Tələbə sayı artdıqca dövlət sifarişli tələbə qəbulu yerləri də artır. Bu da o deməkdir ki, bizim ali təhsil müəssələrimiz daha çox vəsait əldə edəcəklər. Qəbul edilən qərar bizim ali təhsil müəssələrimizin maliyə dayanıqlılığının təmin edilməsinə, bütövlükdə təhsilin keyfiyyətinə təsir göstərəcək. Ən əsası isə ali təhsil müəssələrində pedoqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin əmək haqlarının artımına yönəldiləcək. Bu gün bizim ali təhsil müəssələrimizin gəlirlərinin 60-70 faizi (bəzi ali təhsil müəssələrində bu göstərici daha yüksəkdir) professor-müəllim heyətinin və inzibati işçilərin əmək haqlarının ödənilməsinə yönəldilir. Bu da o deməkdir ki, artım nəticəsində əldə edilən əlavə gəlirin böyük hissəsi əmək haqqı və ona bərabər tutulan ödənişlərə yönəldiləcəkdir. Onu da qeyd edim ki, bu artımlar maliyə tutumludur və buna baxmayaraq qəbul edilmiş qərar bir daha onu göstərir ki, təhsil sisteminə dövlət qayğısı mövcuddur və bu proses növbəti illərdə daha da artacaq”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Trampla Harrisin ilk debatı keçirildi – Yenilənib + Video
Next: Litva prezidenti Ukraynada

Bölmənin digər xəbərləri

sabina_aliyeva_200121
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 124216
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

Cavidan 30 İyun, 2026
Screenshot 2026-06-30 115604
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

Cavidan 30 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 664)
  • Dünya (3. 429)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 1
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 2
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 3
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq Screenshot 2026-06-30 110846 4
  • Gündəm

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb, 14 məsələ müzakirə olunacaq

30 İyun, 2026
İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır Screenshot 2026-06-30 102536 5
  • Cəmiyyət

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9664) Dünya (3429) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.