Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 354)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Kişilərə niyə kirayə ev verilmir?

Cavidan 10 Sentyabr, 2024

Man back view and chaos in apartment after burglary

Bakıda kirayə mənzil tapmaq çətinləşib. Tək yaşayan kişilər, tələbə oğlanlar üçün ev tapmaq ikiqat çətindir. Onlara verilən evlərin qiymətinin isə yüksək olduğunu bildirilir.

Səbəb nədir? Ev sahibləri niyə kişilərə ev vermək istəmirlər?

Əmlakçı Mülkədar Rüstəmov Teleqraf.com-a açıqlamasında səbəbləri izah edib.

O, bu prosesin son 3-4 ildə müşahidə edildiyini deyir:

“Adətən ev sahibləri tək yaşamaq istəyən bəy və xanımlara kirayə ev verməkdə maraqlı deyillər. Mövzunun kökü ev sahiblərinin şəxsi fikirlərinə gəlib çıxır. Əslində onlar haqlı deyillər. Ev sahibləri ailəyə, tələbə xanımlara üstünlük verirlər. Tək yaşayan xanım və bəylər ev sahibləri üçün riskli qrupa daxildirlər. Buna səbəb kimi müxtəlif şəxslərin evə gəlməsini göstərirlər. Həm də onlar davamlı qalmırlar, tez-tez ev dəyişdirirlər. Ona görə ev sahiblərinə maraqlı deyillər. Burada qonşu faktoru da var. Ona görə ev sahibləri çalışırlar ki, tələbə xanımlara və ailəli insanlara üstünlük versinlər. Bəzi fərdi ev sahibləri həyət evlərində ayrı-ayrı birotaqlı evlər tikirlər. Günəmuzd işləyən insanlar üçün şərait yaradırlar. Son bir-iki ildə Bakı şəhərində kütləvi söküntülər həyata keçirilir. Baş Plana uyğun 5 mərtəbəli, fransız layihəli binalar söküldüyünə görə şirkətlər plana düşən binaların sakinlərini kompensasiya olaraq, bir- iki illik kirayəyə köçürürlər. Onların kirayə pullarını da verirlər”.

Mülkədar Rüstəmov qeyd edib ki, həmin ailələr evlə təmin olunduğu üçün Bakı şəhərində kirayə ev tapmaqda çətinlik yaranıb:

“Əvvəllər yay aylarında, dərs ilin başlamasına yaxın tələbələr ev axtarırdılar. İndi tətildən əvvəl kirayə axtarışına başlayırlar. Görünən reallıq isə odur ki, kirayə mənzil tələbatı çoxalıb”.

Rieltor süni qiymət artımına da diqqət çəkib:

“Tələbat çox olduğu üçün bu hələ bir neçə ilə belə davam edəcək. Dövlətin balansında olan yataqxanalar var idi ki, onlar təmir olundu. Bir çoxlarında məcburi köçkünlər yaşayır. Hələ ki onların köç prosesi tam yekunlaşmadığından o yataqxanaların da gələcəyi sual altındadır. Demək olar ki, hər ay qiymət artımı olur. Əvvəllər şəhərə yaxın bir otaqlıların kirayə qiyməti 250-300 manatdan başlayırdısa, indi 400-500 manat arası dəyişir. Tələbat çoxdur. Ev sahiblərinin şəxsi maraqları da önə çəkilir. Çünki axtaran çoxdur, qiyməti süni şəkildə qaldırırlar. Süni qiymət artımı öz rolunu oynayır. Görünən odur ki, bu böhran hələ bir neçə il davam edəcək”.

Teleqraf.com

Continue Reading

Previous: Bu məktəblərin saxlanılması doğru deyil – Əmrullayev
Next: XİN rəhbərləri ortaq məsələləri müzakirə etdilər

Bölmənin digər xəbərləri

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı
  • Cəmiyyət

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA
  • Cəmiyyət

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
  • Cəmiyyət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026

Top 7 Xəbər

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1

Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı

1 May, 2026
Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 2

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 3

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 4

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 5

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 6

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 7

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 354)
  • Dünya (3. 347)
  • Gündəm (11. 698)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9354) Dünya (3347) Gündəm (11698) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Araqçı Ceyhun Bayramova zəng etdi, məlumatlandırdı 1 May, 2026
  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
  • Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 1 May, 2026
  • Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 1 May, 2026
  • Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.