Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycan lideri: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk
  • Cəmiyyət

Azərbaycan lideri: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk

Cavidan 9 Sentyabr, 2024
e34e2107-55d9-324c-8c73-101e5b2354fe_850

Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlət başçısı məktubunda qeyd edib: “Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizin uzaqgörən rəhbərliyiniz altında Tacikistan hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır”.

“Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir. Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir”, – Prezident vurğulayıb.

Azərbaycan lideri əmindir ki, həyata keçirdikləri çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdikləri razılaşmalar dövlətlərarası əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlar arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrin və bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcəkdir: “Hörmətli Emoməli Şərifoviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Orxan Məmmədov: Futbolçularımız hər addımda qətiyyət və bacarıq nümayiş etdirdilər
Next: Kreml: Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün hələlik ilkin şərtlər yoxdur

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 130754
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 123011
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 749)
  • Dünya (3. 454)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (523)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq Screenshot 2026-07-15 130754 1
  • Cəmiyyət

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

15 İyul, 2026
Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı Screenshot 2026-07-15 123011 2
  • Cəmiyyət

Səfir: “Bir millət, iki dövlət” anlayışı 15 iyul gecəsində də öz təsdiqini tapdı

15 İyul, 2026
Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib Screenshot 2026-07-15 114105 3
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

15 İyul, 2026
Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib Screenshot 2026-07-15 111757 4
  • Cəmiyyət

Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

15 İyul, 2026
İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb Screenshot 2026-07-15 110742 5
  • Cəmiyyət

İlham Əliyev Ərdoğana Türkiyədə “Demokratiya və Milli Birlik Günü” münasibətilə məktub ünvanlayıb

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9749) Dünya (3454) Gündəm (11951) Kateqoriyasızlar (523) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.