Skip to content
17 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 246)
  • Dünya (3. 325)
  • Gündəm (11. 607)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda rəqabət də yoxdur, Məcəlləsi də… – HƏQİQƏTƏN DƏ…

Cavidan 14 Dekabr, 2021

Rəqabət Məcəlləsi ilə bağlı müzakirələr aparılsa da, hələ ki, bu layihənin reallaşacağı mümkün görünmür. Bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirmişdi ki, son vaxtlar Azərbaycanda liberal və rəqabətli iqtisadi siyasət vasitəsiylə davamlı iqtisadi artış istiqamətində vacib addımlar atılır:

“Həm beynəlxalq təcrübə, həm də Azərbaycanın iqtisadi artım şərtləri nəzərə alınmaqla Rəqabət Məcəlləsinin yeni təkmilləşdirilmiş layihəsi hazırlanır. Sənəd müvafiq strukturlarla razılaşdırılma mərhələsindədir”.

Bugünlərdə isə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Milli Məclisin Rəqabət Məcəlləsini qəbul etməsi üçün zəruri şərait tam formalaşdırılmalıdır:

“Azərbaycanda rəqabətin inkişaf etdirilməsi ilə bağlı dövlət ardıcıl addımlar atır. Belə bir yanlış təsəvvür var ki, Rəqabət Məcəlləsini qəbul edən kimi ədalətli rəqabət ölkədə tam təmin olunacaq. Bu cür yanaşma düzgün deyil. Məcəllinin qəbuluna qədər bir sıra atılacaq addımlar var. Onlarsız məcəllənin qəbulu effekt verməyəcək. Bu səbəbdən ilk növbədə, zəruri şərait tam formalaşdırılmalı, alt qanunlar qəbul olunmalı və yaxud da təkmilləşdirilməlidir. Məsələn, satınalma ilə bağlı yeni qanun hazırlanacaq və yaxud da ədalətli rəqabətlə, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması ilə bağlı qanunlar olacaq. Ölkədə rəqabətin tam ədalətli rəqabətin təmin olunması dövlət siyasətidir. Amma bu iş addım-addım və tədricən olmalıdır. Əslində, bu istiqamətdə də gedirik”.

Qeyd edək ki, Rəqabət Məcəlləsinin qəbulu sağlam rəqabətin yaradılmasına hüquqi baza olaraq həmin sahəyə fundamental şəkildə yardım edir. Sağlam rəqabət isə iqtisadiyyatın inkişafı üçün generator rolunu oynadığından, alternativi olmayan çox vacib şərtdir. Rəqabət Məcəlləsinin qəbulu ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin formalaşdırılması üçün mühüm amildir. Ancaq bu gün hələ də Rəqabət Məcəlləsinin qəbul edilməsi üçün zəruri şəraitin tam formalaşmadığı deyilirsə, demək ki, ölkə iqtisadiyyatında istənilən nəticəni əldə etmək mümkün olmayacaq.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov bununla bağlı cebhe.info-ya bildirdi ki, ölkədə Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı Milli Məclisin komitə sədrinin mövqeyi təəccüblüdür:

“Aydındır ki, istənilən qanunun tətbiqi üçün ölkədə şərait olmalıdır. Ancaq bu, bir-biri ilə sıx bağlı olan məsələdir. Yəni qanunlar da qəbul olumalıdır ki, onlar tətbiq olunsun. Məsələn, bu gün çox adam deyir ki, ölkədə məişət zorakılığı var və bu sahədə qanunlar da qəbul olunur. İndi biz deyək ki, ölkədə şərait yoxdur, xeyli insan müasir düşüncəli deyil, qadın hüquqlarını tanımır, ona görə qanun qəbul etməyək? Ümumiyyətlə, Rəqabət Məcəlləsi qəbul olunmalıdır, ancaq icrası mümkün olmayan müddəalardan ibarət olmamalıdır. Mənasız qanunlar qəbul edirlər və icra mexanizmi olmur, sonra da deyirlər ki, buna yerli şərait yoxdur.

Əgər keyfiyyətli Rəqabət Məcəlləsi qəbul olunsa, orada rəqabət mühitinin pozulmasına görə sanksiyalar, məsuliyyət ciddi şəkildə əksini tapsa, bu halda əlbəttə ki, ölkədə rəqabət mühit güclənəcək. Sadəcə, yaxşı olardı ki, millət vəkili bildirərdi ki, hansı şərait yoxdur. Mən bilirəm ki, hansı şərait yoxdur”.

Ekspert bunları sadalayıb:

“Ölkədə normal məhkəmə sistemi yoxdur ki, hansısa qanun pozulanda, vərtəndaş məhkəməyə müraciət etdikdə, məhkəmə onun haqqını tanısın. Bunun da olması üçün millət vəkilləri gərək normal, o cümlədən məhkəmə sisteminə aid qanunlar qəbul etsinlər. Deputatlar normal hakimlər təyin etməlidir. Xatırladım ki, Apellyasiya Məhkəmələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi Milli Məclisin razılığı ilə təyin edilir. Gərək qanun qəbul edilsin ki, biz də məhkəməyə deyək, bu qanun tətbiq edilmir”.

Ekspertin sözlərinə görə, əslində bu sahədə “Antiinhisar fəaliyyəti haqqında”, “Rəqabət haqqında” Qanun var, sadəcə sənədlər bərbaddır:

“Savadsız yazılıb, keyfiyyəti aşağıdır, mexanizmlər nəzərdə tutulmayıb. Rəqabət Məcəlləsi də bu şəkildə olsa, onda onun qəbul olunması ilə heç nə dəyişməyəcək. Azərbaycanda əsas problem ondadır ki, qanunvericilik fəaliyyətini tənzimləyən, koordinasiya edən bir elmi mərkəz yoxdur. Kim necə istəyir yazır, nə də elmə söykənir. Etiraf edək ki, Azərbaycanda hüquq elmi yoxdur. Bizdə hər il xeyli insan müdafiə edir, fəlsəfə doktoru, elmlər doktoru olsa da, bunun hamısı boşdur. Xarici təcrübə göstərir ki, qanunvericilik qanunlar elmə əsaslananda yaxşı inkişaf edir. Ancaq xarici təcrübədən, elmdən istifadə etməklə, Cavid Qurbanovun ifadəsi ilə desək “adam balası kimi hazırlanmış qanunlar olsa”, onda ölkə iqtisadiyyatı üçün xeyri var. Çünki bazar iqtisadiyyatı 3 sütuna söykənir.

Birincisi, ölkədə mülkiyyət hüququnun müdafiəsi, ikincisi öhdəliklərin icrası, üçüncüsü sağlam rəqabətdir. Bunlardan biri belə yoxdursa, heç bir iqtisadi inkişaf olmayacaq. Beş il öncə bundan əvvəl ölkə iqtisadiyyatının inkişafı ilə bağlı strateji xəritələr qəbul olunmuşdu. Onlar hanı, nə oldu? Heç biri icra olunmadı, heç bir xeyri olmadı. Çünki qanunlar işlməyən yerdə istənilən proqram, xəritə qəbul edə bilərsiz, ancaq gerçəkləşməyəcək, heç bir xeyri olmayacaq”.

Continue Reading

Previous: Azərbaycanda koronavirusa yoluxanların sayı KƏSKİN AZALDI
Next: Bu xəstəxanaya yeni direktor təyin olundu – FOTO

Bölmənin digər xəbərləri

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”
  • Cəmiyyət

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”

17 Aprel, 2026
Sabah 23 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah 23 dərəcə isti olacaq

17 Aprel, 2026
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb
  • Cəmiyyət

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

17 Aprel, 2026

Top 7 Xəbər

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq” 1

Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq”

17 Aprel, 2026
Sabah 23 dərəcə isti olacaq 2

Sabah 23 dərəcə isti olacaq

17 Aprel, 2026
Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 3

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

17 Aprel, 2026
Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında 4

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında

16 Aprel, 2026
Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib 5

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

16 Aprel, 2026
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 6

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

16 Aprel, 2026
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib 7

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

16 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 246)
  • Dünya (3. 325)
  • Gündəm (11. 607)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9246) Dünya (3325) Gündəm (11607) Kateqoriyasızlar (482) Kriminal (1371) Mədəniyyət (346) Siyasət (2981) Texnologiya (14) İdman (640) İqtisadiyyat (587)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Fuad Nağıyev: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq” 17 Aprel, 2026
  • Sabah 23 dərəcə isti olacaq 17 Aprel, 2026
  • Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb 17 Aprel, 2026
  • Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında 16 Aprel, 2026
  • Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib 16 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.