Skip to content
17 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 243)
  • Dünya (3. 325)
  • Gündəm (11. 604)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması proseduru müəyyənləşir. Bu, sabah Milli Məclisin
Cavidan 13 Dekabr, 2021

Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması proseduru müəyyənləşir.

Bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıracaq.

Qanun layihəsinin 13.1-ci maddəsinə görə, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2-ci maddəyə əsasən isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Çap mediası və onlayn media subyektlərinə isə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.

Çap mediası subyektləri isə həmçinin dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin pozulmasına görə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə də çap mediasının fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihəyə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər isə aşağıdakılardır:

  • Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
  • Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
  • dövlət dili normalarına riayət edilməlidir;
  • irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
  • terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
  • əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
  • şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
  • şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
  • böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
  • sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
  • faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
  • parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
  • pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
  • qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
  • “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
  • “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın (dövlət sirri, odlu silahın və partlayıcı maddələrin hazırlanma qaydası, narkotik vasitələrin hazırlanma və istifadə üsulları, onların qanunsuz əldə edilməsi yerləri, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar, müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, o cümlədən əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması təhdidini törədən yalan məlumatlar) yayımlanmasına yol verilməməlidir.
    Qeyd edək ki, qanun layihəsinə görə, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Ancaq bu nəzərə alınmaqla, çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
    Çap mediası məhsulunda göstərilməli olan məlumatlara dair pozuntular aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Çap mediası məhsulunun hər buraxılışında isə aşağıdakı məlumatlar göstərilməlidir:
  • adı;
  • VÖEN-i;
  • məsul redaktorun soyadı, adı və atasının adı;
  • sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
  • poçt indeksi;
  • tirajı;
  • qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
  • çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri.
    Sadalanan əsaslara görə onlayn media subyektinin fəaliyyəti dayandırıldıqda bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
    Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə və kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.

Continue Reading

Previous: “Bunları etməsək, daha dözülməz tıxaclar görəcəyik…” – Nəqliyyat eksperti
Next: Nazirdən ali məktəblərdəki imtahanlarla bağlı ƏMR

Bölmənin digər xəbərləri

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib
  • Cəmiyyət

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

16 Aprel, 2026
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
  • Cəmiyyət

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

16 Aprel, 2026
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib
  • Cəmiyyət

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

16 Aprel, 2026

Top 7 Xəbər

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında 1

Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında

16 Aprel, 2026
Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib 2

Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib

16 Aprel, 2026
Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 3

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

16 Aprel, 2026
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib 4

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

16 Aprel, 2026
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək 5

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək

16 Aprel, 2026
Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi 6

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

16 Aprel, 2026
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib 7

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

16 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 243)
  • Dünya (3. 325)
  • Gündəm (11. 604)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (482)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9243) Dünya (3325) Gündəm (11604) Kateqoriyasızlar (482) Kriminal (1371) Mədəniyyət (346) Siyasət (2981) Texnologiya (14) İdman (640) İqtisadiyyat (587)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Şəhərsalma və memarlıq ili DTV Uz uze 14 04 2026 Könül Həbibqıının Təqdimatında 16 Aprel, 2026
  • Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib 16 Aprel, 2026
  • Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 16 Aprel, 2026
  • Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib 16 Aprel, 2026
  • Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək 16 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.