Skip to content
22 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 282)
  • Dünya (3. 336)
  • Gündəm (11. 642)
  • İdman (642)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 375)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Bunları etməsək, daha dözülməz tıxaclar görəcəyik…” – Nəqliyyat eksperti

“Paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam etsə, daha dözülməz tıxaclar görəcəyik”.Bunu Sfera.az-a açıqlamasında nəqliyyat
Cavidan 13 Dekabr, 2021

“Paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam etsə, daha dözülməz tıxaclar görəcəyik”.
Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, təcili olaraq ictimai nəqliyyatın yaxşılaşdırılması, avtobusların yenilənməsi, marşrut sayının artırılması, şəbəkənin genişlənməsi, ictimai nəqliyyata etimadın bərpası üçün işlər görülməlidir:
“Görüləsi ən vacib işlərdən biri bütün ölkə üzrə, xüsusən də paytaxtda, Gəncədə və Sumqayıtda avtobusların yenilənməsi və saylarının artırılmasıdır. Lakin dizel mühərrikli avtobusların idxalına 2019-cu il yanvarın 1-dən aksiz vergisinin tətbiqi bu tipli avtobusların ölkəyə gətirilməsini xeyli çətinləşdirib. Avtobus parkımızın elektrobuslar və CNG (sıxılmış qaz) ilə işləyən avtobuslar hesabına genişləndirilməsi və yenilənməsi isə kifayət qədər çətin işdir. İctimai nəqliyyatın istismarı ilə bağlı indiki iqtisadi vəziyyətdə fərdi sahibkarların bu sahəyə ciddi yatırım edəcəyini gözləmək əbəsdir. Heç hazırda elektrobusların və CNG ilə işləyən avtobusların geniş istismarı üçün şərait də yoxdur. Yalnız dövlət büdcəsi hesabına bu işin yerinə yetirilməsi isə həm real deyil, həm də səmərəli olmayacaq. Belə olan təqdirdə, yaxın illər üçün hələlik çıxış yolu daha müasir dizel mühərrikli avtobusların gətirilməsidir”.
Ekspert əlavə edib ki, dizel mühərrikli avtobusların idaxlına tətbiq edilmiş aksiz vergisinin 2022-ci il yanvarın 1-dən ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir:
“Belə edilməsə, paytaxtın və bütövlükdə ölkənin avtobus parkının yenilənməsi və genişləndirilməsi daha da ləng gedəcək. Onsuz da il ərzində ölkəyə gətirilən avtobusların sayı bir neçə yüz olur. Onlara görə də aksiz çox cüzi bir məbləğ edir və dövlət büdcəsi bundan zərər görməyəcək. Eyni zamanda nisbətən yeni dizel mühərrikli avtobusların idxalının çətinliyi 10-15 ilin dizel mühərrikli, paravoz tüstüsü verən avtobuslarından daha bərk yapışmağa vadar edir. Bu da ekoloji baxımdan daha təhlükəlidir”.

Continue Reading

Previous: Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Next: Qəzet və saytların fəaliyyətinin hansı hallarda 2 ay dayandırılacağı müəyyənləşir

Bölmənin digər xəbərləri

Borçalıda yaşayanların sayı açıqlandı
  • Cəmiyyət

Borçalıda yaşayanların sayı açıqlandı

22 Aprel, 2026
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
  • Cəmiyyət

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

22 Aprel, 2026
Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir
  • Cəmiyyət

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

22 Aprel, 2026

Top 7 Xəbər

Borçalıda yaşayanların sayı açıqlandı 1

Borçalıda yaşayanların sayı açıqlandı

22 Aprel, 2026
KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır 2

KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır

22 Aprel, 2026
Azərbaycan-Latviya sənədləri mübadilə edilib 3

Azərbaycan-Latviya sənədləri mübadilə edilib

22 Aprel, 2026
Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir 4

Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir

22 Aprel, 2026
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub – FOTO 5

Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub – FOTO

22 Aprel, 2026
Əli Əsədov Qazaxıstana səfər edib 6

Əli Əsədov Qazaxıstana səfər edib

22 Aprel, 2026
Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib 7

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

22 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 282)
  • Dünya (3. 336)
  • Gündəm (11. 642)
  • İdman (642)
  • İqtisadiyyat (588)
  • Kateqoriyasızlar (483)
  • Kriminal (1. 375)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 982)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9282) Dünya (3336) Gündəm (11642) Kateqoriyasızlar (483) Kriminal (1375) Mədəniyyət (346) Siyasət (2982) Texnologiya (14) İdman (642) İqtisadiyyat (588)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Borçalıda yaşayanların sayı açıqlandı 22 Aprel, 2026
  • KİV: 30 ölkənin hərbçiləri Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı Londona toplaşır 22 Aprel, 2026
  • Azərbaycan-Latviya sənədləri mübadilə edilib 22 Aprel, 2026
  • Əli Əsədov: Xəzərin dayazlaşmasına iqlim dəyişikliyi ciddi təsir göstərir 22 Aprel, 2026
  • Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub – FOTO 22 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.