Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Rusiyada Putinin Azərbaycana səfərini geniş müzakirə olunur
  • Cəmiyyət

Rusiyada Putinin Azərbaycana səfərini geniş müzakirə olunur

Cavidan 20 Avqust, 2024
1724148065_1724144375718911524_1200x630

Rusiya siyasətçiləri və ekspertləri RF Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini geniş müzakirə edirlər. Onlar yerli mətbuatda dərc olunan şərhlərində vurğulayırlar ki, bu səfər iki ölkənin dialoqunda yeni səhifə açır.

RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir: “Bu, strateji müttəfiqliyimizin simvolu olan rəsmi səfərdir”.

Deputat əlavə edib ki, iqtisadi əməkdaşlıq və Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub” dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturu səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub. “Uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edirik və Prezident İlham Əliyev bizi dəstəkləyib. O, dəmir yolu xəttinin tikintisi təşəbbüsünü irəli sürüb və bu layihə nəqliyyat dəhlizi kontekstində bizim üçün daha mühümdür”, -deyə o vurğulayıb.

Kalaşnikov qeyd edib ki, səfər zamanı çoxlu sayda siyasi-iqtisadi sazişlər imzalanıb. Deputat ümidvar olduğunu bildirib ki, Putinin səfəri mühüm nəticələr əldə olunmasına təkan verəcək.

RF Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunları Moskva ilə Bakı arasında müttəfiqliyin strateji xarakterini təsdiq edib. Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqazda vəziyyətin nizamlanmasında effektiv vasitəçilik rolunu bir daha nümayiş etdirib.

L.Slutski deyib: “Azərbaycan, öz növbəsində, humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi göstərir. Əminəm ki, Bakının BRICS-ə qoşulmaq istəyi də uğurla nəticələnəcək. Belə bir təşəbbüsün Rusiyanın sədrliyi dövründə irəli sürülməsi də simvolikdir”.

Politoloq Sergey Markov səfərin yekunları ilə bağlı öz fikrini bildirib: “Putinin səfəri Cənubi Qafqazda yeni geosiyasi dəyişikliyi möhkəmləndirəcək”. Onun sözlərinə görə, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir.

“Bu, ilk növbədə, ticarətin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllində Rusiyanın vasitəçiliyidir. Bakı Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məkanına çevrilə bilər, çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə yaxşı münasibətləri var”, -deyə Markov qeyd edib.

Politoloq xatırladıb ki, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında iştirakı son dərəcə vacibdir və Moskvaya öz iqtisadiyyatını İran və digər dövlətlərlə birləşdirməyə imkan verəcək.

S.Markov şərhinin sonunda deyib: “Rusiya və İran Amerikanın nəzarətindən kənarda bir-biri ilə ticarət etmək istəyirlər. “Şimal-Cənub” dəhlizi Fars körfəzinə bağlıdır və eyni zamanda, dünyanın ən sürətlə inkişaf edən iqtisadi regionlarından biri olan Hindistanın cənubuna doğru uzanır”.

RF Dövlət Dumasının Energetika komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Azərbaycan Rusiyanın qaz hasilatında əsas tərəfdaşlarından biridir və rəsmi Bakı uzun illərdir ki, Cənub Qaz Nəqliyyat Dəhlizini kifayət qədər uğurla inkişaf etdirir.

O qeyd edib: “Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli görüş zamanı neft-qaz sənayesində bir sıra yeni layihələri müzakirə ediblər. Azərbaycan bu sahədə Rusiyanın regionda əsas tərəfdaşlarından biridir”.

Deputat onu da qeyd edib ki, Rusiya şirkətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk karbohidrogen layihələrində iştirak ediblər. Onun sözlərinə görə, bu gün onlar neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.

C.Həsənov vurğulayıb: “Karbohidrogen ehtiyatlarını dünya bazarlarına tədarük edən Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Burada onların çoxlu ümumi marağı var və bu kontekstdə iki ölkənin əlaqələri inkişaf edəcək. Ümidvaram ki, əməkdaşlıq uğurlu olacaq”.

Politoloq Artur Atayevin fikrincə, Moskva ilə əməkdaşlığın dərinləşdirilməsi fonunda Bakı çox güman ki, Avrasiya iqtisadi layihələrində, xüsusən də ŞƏT və BRICS təşkilatları çərçivəsində iştirakını artıracaq. “Azərbaycanın bu təşkilatlara tamhüquqlu üzvlüyü onun iqtisadi maraqlarının təşviqi və qlobal infrastruktur layihələrində iştirakı baxımından ölkənin milli maraqlarına cavab verir. Ona görə də Qlobal Cənub istiqamətində bu hərəkət Azərbaycan rəhbərliyinin təbii addımıdır”, -deyə ekspert hesab edir.(AZƏRTAC)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Qarabağ”ın oyununu TRT də canlı yayımlayacaq
Next: Putin vaxt verdi: Oktyabra kimi Kursku azad edin…

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-29 181633
  • Cəmiyyət

Magistratura imtahanının nəticələri elan olunub

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-29 174014
  • Cəmiyyət

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Cavidan 29 İyul, 2026
Screenshot 2026-07-29 171622
  • Cəmiyyət

Makron hökumətinin dərin böhranı – siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq – ŞƏRH

Cavidan 29 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 817)
  • Dünya (3. 470)
  • Gündəm (11. 980)
  • İdman (679)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (528)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Magistratura imtahanının nəticələri elan olunub Screenshot 2026-07-29 181633 1
  • Cəmiyyət

Magistratura imtahanının nəticələri elan olunub

30 İyul, 2026
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib Screenshot 2026-07-29 174014 2
  • Cəmiyyət

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

29 İyul, 2026
Makron hökumətinin dərin böhranı – siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq – ŞƏRH Screenshot 2026-07-29 171622 3
  • Cəmiyyət

Makron hökumətinin dərin böhranı – siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq – ŞƏRH

29 İyul, 2026
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib Screenshot 2026-07-29 164730 4
  • Cəmiyyət

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul, 2026
Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi – ŞƏRH Screenshot 2026-07-29 154607 5
  • Siyasət

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi – ŞƏRH

29 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9817) Dünya (3470) Gündəm (11980) Kateqoriyasızlar (528) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (679) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.