Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb
  • Cəmiyyət
  • Gündəm

Dövlət Proqramı üzrə xaricdə təhsil alacaq tələbələrin növbəti siyahısı açıqlanıb

Cavidan 13 Avqust, 2024
2789b5fd-1422-3776-b340-e1ceaeaecebd_850

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair növbəti siyahı açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, siyahıya əsasən, daha 205 namizəd proqram iştirakçısı adını qazanıb.

Beləliklə, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.

Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. Cari ildə təqaüd hüququ əldə etmiş namizədlərdən 15 nəfəri “Columbia University”, 7-si “Harvard University”, 7-si “University of Cambridge”, 6-sı “Yale University”, 5-i “University of California, Berkeley”, 4-ü “National University of Singapore”, 3-ü “University of Oxford”, 3-ü “ETH Zurich”, 3-ü “University of Chicago” və digər nüfuzlu universitetlərdə təhsil alacaq.

Elm və Təhsil Nazirliyi ilə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə qazanan, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı mövcuddur. 2024–2025-ci tədris ili üzrə proqram iştirakçısı adını qazanmış namizədlərdən bu və ya digər səbəbdən imtina edənlər olarsa, Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutulmaqla həmin siyahıya istinadən növbəti iştirakçılar seçiləcəklər.

Xatırladaq ki, Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən sözügedən proqramın müddəti uzadılıb, təhsil alacaq tələbələrin sayı 400-dən 500-dək artırılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakının 3 rayonunda qaz olmayacaq
Next: Erməni futbolçu Bakıya gəlməyəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 084108
  • Cəmiyyət

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-29 181633
  • Cəmiyyət

Magistratura imtahanının nəticələri elan olunub

Cavidan 30 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 818)
  • Dünya (3. 470)
  • Gündəm (11. 981)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (528)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır Screenshot 2026-07-30 090258 1
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

30 İyul, 2026
Bakının bəzi ərazilərində işıq kəsiləcək Screenshot 2026-07-30 084108 2
  • Cəmiyyət

Bakının bəzi ərazilərində işıq kəsiləcək

30 İyul, 2026
Magistratura imtahanının nəticələri elan olunub Screenshot 2026-07-29 181633 3
  • Cəmiyyət

Magistratura imtahanının nəticələri elan olunub

30 İyul, 2026
Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib Screenshot 2026-07-29 174014 4
  • Cəmiyyət

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

29 İyul, 2026
Makron hökumətinin dərin böhranı – siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq – ŞƏRH Screenshot 2026-07-29 171622 5
  • Cəmiyyət

Makron hökumətinin dərin böhranı – siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq – ŞƏRH

29 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9818) Dünya (3470) Gündəm (11981) Kateqoriyasızlar (528) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.