Bakı Ali Neft Məktəbinin (BANM) Xətai rayonunda yerləşən inzibati binası köçürülür.
Yeni tədris ilində Universitetin Xocalı prospektində yerləşən filialı başqa binada fəaliyyət göstərəcək
BANM-ın mətbuat xidməti saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, bu barədə yaxın vaxtlarda rəsmi məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, sözügedən binada Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi gözlənilir.