Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

ABŞ-nin PKK “oyunu”: Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir – ŞƏRH

Cavidan 26 İyul, 2024

Son vaxtlar ABŞ-nin Suriyanın şimalındakı PKK, KCK terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumat yayılır.

Addim.az: Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk iyulun 25-də keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir:

“ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”.

Öncə onu deyək ki, sözügedən təşkilatı ABŞ yaradıb. Xüsusilə, 2014-cü ildən etibarən ABŞ bölgədəki İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə PKK-nın Suriya quyruqları – PYD/YPG-ni yaratdı. Əlbəttə, İŞİD-ə qarşı mübarizə sadəcə bəhanə idi. Bunu proseslərin gələcək inkişafı da göstərdi.

ABŞ-nin məqsədi əslində İŞİD-i zəiflətmək deyildi. Əksinə, məhz bu terror qruplaşmaları vasitəsilə özünün Suriya və İraqdakı mövqelərini möhkəmləndirmək idi.

Təsadüfi deyil ki, Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan, demək olar, bütün çıxışlarında eyni tezislə çıxış edir: “Bir terror təşkilatı ilə başqasına qarşı mübarizə aparmaq olmaz”.

ABŞ-nin “çətiri altında” olan terrorçu dəstələr əvvəlcə muxtariyyət iddiasında idi, indi isə tamamilə müstəqillik tələb edirlər.

Türkiyə uzun müddətdir ki, müxtəlif əməliyyatlarla Suriya və İraqın şimalında terrorçularla mübarizə aparır, bu dövlətlərin ərazi bütövlüyünün qorunmasına çalışır.

Sözügedən terror təşkilatları həm də ABŞ-nin Türkiyəyə bir növ siyasi təzyiq vasitəsidir. NATO müttəfiqi olan rəsmi Vaşinqton Ankaranın təhkükəsizlik maraqlarını görməzdən gəlir. Təsadüfi deyil ki, Türkiyə ən yüksək səviyyədə dəfələrlə həm ABŞ-dən, həm də NATO-dan terrora qarşı mübarizəni gücləndirməsini istəyir, lazımi dəstəyi görmədiyini bildirir.

Düşünmək olar ki, son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.

Xatırlatmaq yerinə düşər ki, son zamanlar Türkiyə Suriya ilə münasibətlərin normallaşmasına dair pozitiv bəyanatlar verir. Türkiyə Prezidenti R.T.Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin görüşü gündəmdədir. Rusiya da bu prosesdə vasitəçi olmağa çalışır. Çünki Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması Rusiyanın da marağındadır. Amma görünən odur ki, bu prosesdə maraqlı olmayan, “suları bulandırmaq” istəyən qüvvələr var.

Əslində, proseslər bir-biri ilə bağlıdır. Bir müddət əvvəl suriyalı şəxsin Kayseridə azyaşlıya qarşı cinsi istismarından sonra Suriyada Türkiyə Silahlı Qüvvələrinin olduğu ərazilərdə də ciddi iğtişaşlar yaranmaqdadır. Belə ki, müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində türk bayraqları endirilir, cırılır, yandırılır, təxribat xarakterli müxtəlif addımlar atılır.

Sözügedən hadisələrin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, Kayseri məsələsi yalnız bəhanədir.

“Medalın görünməyən tərəfi” başqadır: məhz Suriya-Türkiyə normallaşması və Rusiyanın bu prosesdə uğurlu olmasının qarşısını almaq.

Əlbəttə, Türkiyə baş verənlərə səssiz qalmayacaq. Perspektivdə Türkiyənin antiterror əməliyyatlarını gücləndirməsi gözləniləndir. Amma məsələ təkcə bununla da kifayətlənməyəcək. ABŞ-nin Suriyadakı “oyunu”, yəqin ki, bumeranq effekti verəcək və Rusiya ilə Türkiyənin bu istiqamətdəki əməkdaşlığını daha da gücləndirəcək.(Report)

Continue Reading

Previous: Müəllim olmaq istəyən şəhid ailəsi üzvləri üçün vakansiya seçimi başlayıb
Next: Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

Bölmənin digər xəbərləri

Sabah Bakıda 13 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
  • Cəmiyyət

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib
  • Cəmiyyət

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026

Top 7 Xəbər

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 1

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 2

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 3

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 4

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 5

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 6

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 7

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9079) Dünya (3263) Gündəm (11407) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
  • Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 14 Mart, 2026
  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.