Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır
  • Cəmiyyət
  • Gündəm

İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır

Cavidan 22 İyul, 2024

Özlərini demokratiya və insan hüquqlarının müdafiəçisi kimi qələmə verən Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququna münasibətdə biganəliklərinə və bu mövzuda ayrı-seçkiliyə son qoymalıdırlar.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

Bəyanatda bildirilib ki, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir:

“Qərbi Azərbaycan İcması Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada 2-ci Qlobal Media Forumunda etdiyi çıxışında Qərbi Azərbaycan mövzusunu müfəssəl şəkildə təqdim etməsinə və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna verdiyi birmənalı dəstəyə görə dərindən təşəkkür edir. Prezidentin vurğuladığı kimi, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır. Xatırladaq ki, Rusiya İmperiyasında 1897-ci ildə aparılmış əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar indiki Ermənistan ərazisində çoxluq təşkil edirdilər. Həmin dövrdə Cənubi Qafqazdakı azərbaycanlı əhalinin 25 faizi, o cümlədən, onların qeydiyyata alınmış məscidlərinin 30 faizi məhz indiki Ermənistan ərazisində idi. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb, onların 300-ə yaxın məscidi, çoxsaylı qəbiristanlıqları və digər mədəni abidələri yer üzündən silinib. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin 90 faizi tərk edilmiş və dağıdılmış vəziyyətdədir”.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırıb:

“Cənab Prezidentin qeyd etdiyi kimi, Qərbi azərbaycanlılar deportasiyanın bütün əzab-əziyyətlərini yaşayıblar. Onlar öz evlərini qətliam, qorxu mühitinin yaradılması və dövlət orqanlarının zor tətbiq etməsi nəticəsində tərk etməli olublar. Xaricdən ermənilərin gətirilməsi üçün 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilməsi və onların çoxunun fərqli iqlim şərtlərinə dözməyib həlak olması Qərbi azərbaycanlıların taleyinin faciəvi səhifələrindən biridir. Qərbi Azərbaycan İcması Ermənistan hökumətini beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına şərait yaratmağa və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməyə çağırır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yaxın gələcəkdə 2 ölkə Şimali Kipri tanıyacaq – Spiker
Next: Beynəlxalq müşahidəçilərin seçkiləri izləməsi önəmlidir – MSK sədri

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-06 183955
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 181728
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

Cavidan 6 İyul, 2026
Screenshot 2026-07-06 125223
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Cavidan 6 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 694)
  • Dünya (3. 438)
  • Gündəm (11. 925)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək Screenshot 2026-07-07 093319 1
  • Dünya

Ankarada diplomatiya tıxacı – Ərdoğan onlarla görüşəcək

7 İyul, 2026
Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb Screenshot 2026-07-07 090704 2
  • Dünya

Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb

7 İyul, 2026
Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb Screenshot 2026-07-06 183955 3
  • Cəmiyyət

Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb

6 İyul, 2026
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib Screenshot 2026-07-06 181728 4
  • Cəmiyyət

Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

6 İyul, 2026
Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb Screenshot 2026-07-06 125223 5
  • Cəmiyyət

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

6 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9694) Dünya (3438) Gündəm (11925) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.