Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Deputat olmaq istəyən məmurlar – SİYAHI
  • Cəmiyyət

Deputat olmaq istəyən məmurlar – SİYAHI

Cavidan 18 İyul, 2024
1721285728_memurlarmodernaz

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ötən gün açıqladığı namizəd siyahısında məmurların da adı var.

Siyahıda ən diqqətçəkən şəxs Əli Əhmədovdur.

O, 2013-cü ildə Baş nazirin müavini təyin edilib. Əli Əhmədov YAP-ın budəfəki siyahısında yeni adlardan biri olsa da, uzun illər Milli Məclisdə hakim partiyanı təmsil edib. O, II, III və IV çağırış parlamentin deputatı olub. YAP-ın sədr müavini 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi irəli sürülüb.

YAP-ın namizəd siyahısındakı digər məmur Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006–2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009–2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

Namizədlərin siyahısında Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan Heydər Əsədovun da adı var. Onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən irəli sürülüb. 65 yaşlı Heydər Əsədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018), Azərbaycan Respublikası Hesablama Palatasının sədri (2007–2013) kimi vəzifələrdə də çalışıb.

YAP-ın siyahısındakı növbəti məmur Mehriban Vəliyevadır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçmiş müdiri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP-ı təmsil edəcək.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzifə tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidalaşmalı olacaqlar…

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 6 ayda 222 nəfərə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi verilibrn 
Next: İlham Əliyev Britaniyada səfərdədir

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 153017
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

Cavidan 7 İyul, 2026
bagca
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

Cavidan 7 İyul, 2026
JlUrdPT2xgmb3zqys0E v
  • Cəmiyyət

34° isti, yağış, dolu… – Sabahın havası

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 699)
  • Dünya (3. 443)
  • Gündəm (11. 929)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Generala yüksək vəzifə verildi Screenshot 2026-07-07 153017 1
  • Cəmiyyət

Generala yüksək vəzifə verildi

7 İyul, 2026
“Qarabağ”ın oyununa nə qədər bilet satılıb? Screenshot 2026-07-07 150315 2
  • Gündəm

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

7 İyul, 2026
Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı bagca 3
  • Cəmiyyət

Hansı özəl bağçalar dövlətdən dəstək alacaq? – Şərtlər açıqlandı

7 İyul, 2026
34° isti, yağış, dolu… – Sabahın havası JlUrdPT2xgmb3zqys0E v 4
  • Cəmiyyət

34° isti, yağış, dolu… – Sabahın havası

7 İyul, 2026
Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi Screenshot 2026-07-07 125731 5
  • Dünya

Hakan Fidan: Ən çətini Donald Trampı NATO sammitində iştiraka razı salmaq idi

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9699) Dünya (3443) Gündəm (11929) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.