Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Onlar deputat olmaq istəmədilər

Cavidan 17 İyul, 2024

Ümid Partiyasının sədri İqbal Ağazadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə İqbal Ağazadə özü bildirib.

O deyib ki, rəhbərlik etdiyi partiyanın İdarə Heyəti namizədlərin siyahısını hazırlayıb müvafiq qaydada təqdim etsə də, onun bu dəfə keçiriləcək seçkilərdə iştirak etməsinə ehtiyac görməyib: “Ümid Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək 30 nəfərdən yuxarı namizədi sənədlərini müvafiq qaydada dairə seçki komissiyalarına təqdim edib.

Mənə gəlincə, Ümid Partiyasının İdarə Heyəti növbədənkənar seçkilərdə namizədliyimin irəli sürülməsini məsləhət bilməyib. Ona görə də budəfəki seçkidə iştirak etməyəcəyəm”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

“Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini əsasən yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəyəm”, – deyə o bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini deyib.

O bildirib ki, partiya tərəfindən müxtəlif dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü bəyənilib: “Seçkidə iştirak etmək üçün Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin siyahısı artıq hazırdır. Onu da bildirmək istəyirəm ki, mən budəfəki seçkidə iştirak etməyəcəyəm. Lakin hazırkı deputat yoldaşlarımızdan Fəzail İbrahimli və Rafael Hüseynovun namizədliyi partiya tərəfindən yenidən irəli sürülüb. Dairələr üzrə ümumilikdə 70 nəfərin namizədlik təşəbbüsü dəstəklənib. Onların arasından Milli Məclis üzvlüyünə namizəd qismində müəyyənləşdiriləcək şəxslərin yekun siyahısı müəyyənləşdirildikdən sonra bu ayın sonunda müvafiq qaydada təqdim ediləcək”.

Qeyd edək ki, Sabir Rüstəmxanlının ötən çağırış deputat olduğu dairədən onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı namizəd olacağını açıqlayıb.(APA)

Continue Reading

Previous: Namizədliyi irəli sürülmüş qadınların sayı artıb
Next: Şəxsiyyət vəsiqəsini üzərimizdə gəzdirməyə ehtiyac qalmayacaq

Bölmənin digər xəbərləri

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
  • Cəmiyyət

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib
  • Cəmiyyət

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026

Top 7 Xəbər

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 1

Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək

27 Yanvar, 2026
Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 2

Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb

27 Yanvar, 2026
Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 3

Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

27 Yanvar, 2026
Məcnun Məmmədova iki yeni müavin təyin edilib 4

Məcnun Məmmədova iki yeni müavin təyin edilib

27 Yanvar, 2026
Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 5

Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır

27 Yanvar, 2026
Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb 6

Rusiya media resursunda Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiya yayılıb

27 Yanvar, 2026
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub 7

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub

27 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 761)
  • Dünya (3. 152)
  • Gündəm (10. 962)
  • İdman (611)
  • İqtisadiyyat (564)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 929)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8761) Dünya (3152) Gündəm (10962) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2929) Texnologiya (14) İdman (611) İqtisadiyyat (564)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kreml: Rusiya və Suriya prezidentləri sabah Moskvada görüşəcək 27 Yanvar, 2026
  • Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində yeni sənəd imzalanıb 27 Yanvar, 2026
  • Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib 27 Yanvar, 2026
  • Məcnun Məmmədova iki yeni müavin təyin edilib 27 Yanvar, 2026
  • Zelenski: Ukrayna 2027-ci ildə Aİ-yə qoşulmağı planlaşdırır 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.