Skip to content
7 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu il kimlər ali məktəblərə imtahansız qəbul olunacaq… – SİYAHI
  • Cəmiyyət
  • Gündəm

Bu il kimlər ali məktəblərə imtahansız qəbul olunacaq… – SİYAHI

Bu il də beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul
Cavidan 16 İyul, 2024
1721116800_451131435_864621472365292_6709369450225503288_n

Bu il də beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:

–  Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
–  IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
–  Beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.

Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.

“Müsabiqədənkənar qəbulun aparıldığı ixtisaslar”, “Beynəlxalq fənn olimpiadalarının siyahısı”, “Respublika fənn olimpiadalarının siyahısı” və “Beynəlxalq müsabiqələrin və yarışların siyahısı” Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarında əks olunub. 

Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri DİM tərəfindən elan olunacaq müddətdə müvafiq sənədləri təqdim edəcəklər.

Sənədlər təqdim olunduqdan sonra onların həqiqiliyi və təqdim edən şəxslərə məxsus olması DİM tərəfindən araşdırılacaq və araşdırmaların nəticələri barədə abituriyentlərə məlumat  veriləcək. 
Sənədlərinin həqiqiliyi və onlara məxsus olması təsdiqlənən şəxslər DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları da təqdim etməlidirlər.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yeni yaradılan kollecə direktor TƏYİN EDİLDİ
Next: Aygün Kazımova 10 gündür trenddə birincidir – Video

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-07 122538
  • Cəmiyyət

Bağçalara elektron qəbul başlayıb

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 115944
  • Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

Cavidan 7 İyul, 2026
Screenshot 2026-07-07 105106
  • Dünya

Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb

Cavidan 7 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 696)
  • Dünya (3. 442)
  • Gündəm (11. 928)
  • İdman (672)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 408)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bağçalara elektron qəbul başlayıb Screenshot 2026-07-07 122538 1
  • Cəmiyyət

Bağçalara elektron qəbul başlayıb

7 İyul, 2026
Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib Screenshot 2026-07-07 115944 2
  • Dünya

Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında partlayışlar baş verib

7 İyul, 2026
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq Screenshot 2026-07-07 113754 3
  • Dünya

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

7 İyul, 2026
Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb Screenshot 2026-07-07 105106 4
  • Dünya

Tramp Konqresi hərbi büdcəyə 350 milyard dollar ayırmağa çağırıb

7 İyul, 2026
Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək Screenshot 2026-07-07 102906 5
  • Dünya

Zəngilanda əmək yarmarkasında 80 vakansiya təqdim ediləcək

7 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9696) Dünya (3442) Gündəm (11928) Kateqoriyasızlar (520) Kriminal (1408) Mədəniyyət (356) Siyasət (3009) Texnologiya (15) İdman (672) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.