Ukrayna Rusiya Silahlı Qüvvələrinin bugünkü raket hücumu, o cümlədən Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik sazişinin imzalanmasından sonra Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.
“Ukrayna indi Rusiyanın mülki infrastruktura, o cümlədən uşaq xəstəxanasına hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edir”, – o bildirib.