Skip to content
28 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 513)
  • Dünya (3. 382)
  • Gündəm (11. 808)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər…

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Cavidan 1 İyul, 2024

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək.

Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.

Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar.

Həmin xəstəliklərin siyahısı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası” və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər”in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb.

Həmin qərarın “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər” bölməsində “Xəstəliklər cədvəli”nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:

I qrafa – ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;

II qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;

III qrafa – zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.

“Xəstəliklər cədvəlində” hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib:

“A” – həqiqi hərbi xidmətə yararlıdır;

“B” – sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;

“C” – dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

“Ç” – həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;

“D” – hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.

Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı?

2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər.

Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir.

Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır.(Oxu)

Continue Reading

Previous: Ermənistan bütün qonşularının ərazi bütövlüyünü tanıyır
Next: Prezident onu Kəlbəcərə xüsusi nümayəndəsi təyin etdi

Bölmənin digər xəbərləri

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
  • Gündəm

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

27 May, 2026
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib
  • Gündəm

İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib

27 May, 2026
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib
  • Cəmiyyət

Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

27 May, 2026

Top 7 Xəbər

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək 1

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək

27 May, 2026
İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib 2

İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib

27 May, 2026
Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib 3

Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib

27 May, 2026
Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb 4

Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb

27 May, 2026
Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb 5

Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb

27 May, 2026
Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar 6

Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

27 May, 2026
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib 7

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

27 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 513)
  • Dünya (3. 382)
  • Gündəm (11. 808)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (497)
  • Kriminal (1. 392)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9513) Dünya (3382) Gündəm (11808) Kateqoriyasızlar (497) Kriminal (1392) Mədəniyyət (351) Siyasət (2996) Texnologiya (14) İdman (653) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək 27 May, 2026
  • İranın Təhlükəsizlik Şurasında ABŞ ilə dolayı təmasların davam etdiyi bildirilib 27 May, 2026
  • Naxçıvan Rəssamlar Birliyinə sədr seçilib 27 May, 2026
  • Qəbələdə bir küçədə qaz təchizatı dayandırılıb 27 May, 2026
  • Rusiya zərbələri nəticəsində Ukraynanın 3 vilayətində 1 nəfər ölüb, 25 nəfər yaralanıb 27 May, 2026
© Addim.az | MoreNews by AF themes.