Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 077)
  • Dünya (3. 262)
  • Gündəm (11. 403)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Fransa Polineziya və Yeni Kaledoniya ilə bağlı məlumat vermədiyinə görə BMT hesabatında tənqid edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional
Cavidan 27 İyun, 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) Venesuelada bu ilin 14-16 may tarixlərində təşkil etdiyi regional tədbirin yekun hesabatı Komitənin iyunun 21-də Nyu-Yorkda keçirilən iclasında qəbul edilib.

“Report” xəbər verir ki, hesabatda Azərbaycanla bağlı bəzi məqamlar öz əksini tapıb.

İştirak edən üzvlər Azərbaycan hökumətinin 2025-ci ildə öz ölkəsində Xüsusi Komitənin regional seminarının keçirilməsi təklifini nəzərə alıblar. Xüsusi Komitənin iştirak edən üzvləri yekun şərhlərində Xüsusi Komitənin üzvü olmayan BMT-yə üzv olan digər dövlətlərin komitənin işində fəal iştirakının vacibliyini qəbul ediblər və bununla əlaqədar Azərbaycanın seminarda iştirakını alqışlayıblar.

Hesabatda Fransız Polineziyası və Yeni Kaledoniya ilə bağlı Xüsusi Komitənin iştirak edən üzvləri BMT Nizamnaməsinin 73-cü maddəsinin “e” müddəasına uyğun olaraq Fransanın ərazi haqqında məlumat verməməsi ilə bağlı Komitənin narahatlığını bölüşərək, ərazidəki vəziyyət barədə əhəmiyyətli və etibarlı məlumatların alınmasının vacibliyini vurğulayıblar. Ahəngdar sosial-iqtisadi inkişafın təmin edilməsi, təbii sərvətlərə sahiblik, nüvə sınaqlarının nəticələrinə dair yenilənmiş dialoq zəruriliyi haqqında bəyanatı qeyd edilib.

Assambleya (Fransız Polineziyası) sədrinin Assambleya çərçivəsində Dekolonizasiya üzrə xüsusi Komitənin yaradılması, yerli ictimaiyyətin dekolonizasiya ilə bağlı məlumatlılığını artırmaq üçün siyasi maarifləndirmə proqramının həyata keçirilməsinə başlanması barədə bəyanatını, habelə onun 2024-cü ildə səyyar missiyanın göndərilməsinə dair çağırışını nəzərə alıblar. Ekspertin mövzu ilə əlaqədar Fransa siyasətinin ziddiyyətli xarakter daşıdığı və Xüsusi Komitə tərəfindən əraziyə səfərin təşkil edilməsinin təcili olması ilə bağlı bəyanatı nəzərə alınıb.

Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) nümayəndəsinin ərazidəki gərgin siyasi vəziyyətin, Fransanın birtərəfli qaydada seçici siyahılarını açmasının nəticəsi olduğunu, bununla da, kanak xalqının diqqətdən kənarda qaldığını hiss etməsinə və son bir neçə ildə əldə edilən müsbət irəliləyişin üstündən xətt çəkməsinə dair açıqlamasına, beynəlxalq vasitəçilik missiyasının təcili göndərilməsi xahişinə diqqət yetirilib.

Yeni Kaledoniyanın özünü idarə etməyən ərazi siyahısında olmasının qorunduğu və bu siyahıda saxlanılacağı barədə açıqlama qeyd edilib. Adıçəkilən bölgədə cari vəziyyətlə bağlı dərin narahatlıq ifadə edilib.

Qeyd edək ki, iyunun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənilib.

BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutan tədbirdə Fransız Polineziyasının hakim Tavini Partiyasının siyasi məsələlər üzrə direktoru Richard Tuheiava, eləcə də Saint-Martin, Korsika, Martinik, Fransız Qvianası, Qvadelupe və Bonayredən olan müstəqillik hərəkatı üzvləri onları müstəmləkə altında saxlayan Fransa və Niderland hökumətlərinin bu ərazilərdə həyata keçirdiyi kolonial siyasət, habelə ərazinin sahibi olan yerli xalqların fundamental hüquqlarının kobud şəkildə pozulması, təbii sərvətlərinin qanunsuz talan edilməsi və beynəlxalq öhdəlikəri yerinə yetirməməsi haqqında ətraflı məlumat veriblər və yerli xalqların tələblərinə məhəl qoymayaraq, hələ də müstəmləkəçilik siyasətini davam etdirməsini sərt şəkildə qınayıblar.

İştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər.

Qeyd edək ki, iyunun 24-də isə Zəngilan rayonunda “Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər” mövzusunda panel müzakirədə “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin sədri Abbas Abbasov Azərbaycanın neokolonializmlə mübarizəsinə toxunub. O rəsmi Bakının bundan sonra da dekolonizasiya təşəbbüslərini dəstəkləyəcəyini vurğulayıb:”Ölkəmiz öz siyasətini davam etdirərək, müasir kolonializmə qarşı mübarizəyə dəstək verəcək, bununla əlaqədar daha çox addımlar atacaq. “Bakı Təşəbbüs Qrupu” da məhz bu istiqamətdə beynəlxalq səviyyədə aktivliyini davam etdirəcək”.

Bu məsələyə Rusiya Xarici İşlər Nazirliyi də yer ayırıb. XİN iyunun 26-da Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırış edib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir ki, “biz Fransa hakimiyyətini Yeni Kaledoniyada siyasi fəalların, eləcə də bu arxipelaqın metropolun baxımsızlığından və müstəmləkə keçmişinin aydın izlərini daşıyan fransız “ədalətinin” hərəkətlərindən əziyyət çəkən bütün sakinlərinin fundamental hüquq və azadlıqlarını təmin etməyə çağırırıq”.

M. Zaxarova xatırladıb ki, Yeni Kaledoniyanın milli-azadlıq hərəkatının 11 tanınmış fəalı, o cümlədən Kaledoniya İttifaqı Partiyasının prezidenti Ten Kristian də bu günlərdə saxlanılıb və həbs edilib. “Onların əksəriyyəti yerli sakinlərin etirazlarına baxmayaraq, öz evlərindən 17 min km uzaqlıqdakı metropolisə aparılıb. Paris həbsdə olan Kanaklara qarşı bir sıra “ittihamlar” irəli sürür. O cümlədən mütəşəkkil dəstənin tərkibində cinayətlərin planlaşdırılması və təhrik edilməsi, hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə cəhd və s”.

Diplomat qeyd edib ki, saxlanılanlar arasında Kanak Milli Azadlıq Hərəkatının tanınmış siyasi xadimləri də var: “Kanak fəallarının həbsləri və Yeni Kaledoniyadan zorla çıxarılması arxipelaqda gərginliyin yeni mərhələsinə səbəb olub və regionda onsuz da çətin olan siyasi vəziyyəti daha da qəlizləşdirib. Biz ondan çıxış edirik ki, Yeni Kaledoniyada mövcud ictimai-siyasi böhran onun dekolonizasiya prosesinin tam olmamasının nəticəsidir”.

Continue Reading

Previous: Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb
Next: Talış Dağlıq zonasında güclü zəlzələ olub – YENİLƏNİB

Bölmənin digər xəbərləri

Bakıda NATO-nun kursu keçirilib
  • Cəmiyyət

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək
  • Cəmiyyət

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
  • Cəmiyyət

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026

Top 7 Xəbər

Bakıda NATO-nun kursu keçirilib 1

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 2

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 3

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 4

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 5

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 6

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 7

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 077)
  • Dünya (3. 262)
  • Gündəm (11. 403)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9077) Dünya (3262) Gündəm (11403) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
  • Azərbaycan neftinin qiyməti 109 dolları keçib 14 Mart, 2026
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.