Skip to content
2 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

“Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”

“Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda
Cavidan 25 İyun, 2024

“Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsində qeyd olunduğu kimi, bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını almışdı. “Sonradan Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Bu gün Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə – neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş uğurları görə bilirlər. Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar.”

K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “İlk növbədə, cənab Prezident öz müsahibəsində bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Təbii ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti bu sektorda dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir. Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyük tərəfdaşları var. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir. Çünki ölkə mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri ilə bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycanın özünə planlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən də əsas hədəf məhz ixracdır. Dövlət başçımızın dediyi kimi, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və nəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun” .

Continue Reading

Previous: COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib
Next: Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq

Bölmənin digər xəbərləri

Sabah hava yağmursuz keçəcək – PROQNOZ
  • Cəmiyyət

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb
  • Cəmiyyət

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub
  • Cəmiyyət

Xəzərdə zəlzələ olub

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.