Skip to content
3 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Kriminal

TikTok-da tanış olduğu qızı alçaldaraq videoya çəkən şəxs həbs edilib

Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib. Neftçala rayon
Cavidan 22 İyun, 2024

Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib.

Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Aysu (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Aysunun hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Ə.Məmmədov qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib. O, xanımı dostunun evinə apararaq orada amansızlıqla döyüb, başından, ağzından, sifətindən və digər nahiyələrindən ağır xəsarətlər yetirib. Qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və bunu videoya çəkən Əli daha sonra onu başqa evə apararaq 4 gün müddətində orada saxlayıb. Burada da Aysunu dəfələrlə döyərək xəsarətlər yetirib. Həmçinin hamama salaraq alçaldıcı hərəkətlərlə qadını təhqir edib və etdiyini lentə alıb.
[center][medium]https://www.xeberler.org/uploads/posts/2024-06/1719049580_telef.jpg[/medium][/center]
5 gün müddətində qızından xəbər ala bilməyən Aysunun anası polisə müraciət etdikdən sonra onların yeri müəyyən edilib və Əli Məmmədov saxlanılıb. Onun telefonundan qıza qarşı etdiyi hərəkətləri əks etdirən 4 video aşkar edilərək istintaq materiallarına daxil edilib.

Ə.Məmmədovun zorakılığı nəticəsində Aysu bətnindəki övladını da itirib. 

Bir müddət əvvəl cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri (əzab vermə – hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilinib. Ə.Məmmədova 7 il həbs cəzası verilib.

Qeyd edək ki, Ə.Məmmədov 2022-ci ildə də ağır cinayət törədibmiş. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıbmış.(“Qafqazinfo”)

Continue Reading

Previous: AzTV-də dəyişiklik QƏRARI
Next: Ən yalançı bürclər açıqlandı

Bölmənin digər xəbərləri

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
  • Kriminal

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ
  • Cəmiyyət

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb
  • Gündəm

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026

Top 7 Xəbər

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 1

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 2

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026
Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 3

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

2 May, 2026
Sabah hava yağmursuz keçəcək – PROQNOZ 4

Sabah hava yağmursuz keçəcək – PROQNOZ

2 May, 2026
Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 5

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

2 May, 2026
Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb 6

Hikmət Hacıyev Şuşadan hərbi attaşelərlə foto paylaşıb

2 May, 2026
Xəzərdə zəlzələ olub 7

Xəzərdə zəlzələ olub

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 361)
  • Dünya (3. 348)
  • Gündəm (11. 703)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9361) Dünya (3348) Gündəm (11703) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 2 May, 2026
  • Cevdet Yılmaz Ermənistana səfər edəcək 2 May, 2026
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb 2 May, 2026
  • Sabah hava yağmursuz keçəcək – PROQNOZ 2 May, 2026
  • Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb 2 May, 2026
© Addim.az | MoreNews by AF themes.