Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 418)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

105 yaşında magistr dərəcəsi aldı

Amerikalı Virciniya Hislop iyunun 16-da Stanford Universitetinin magistri dərəcəsini alıb. V.Hislop 1936-cı ildə Stenford Universitetinin Təhsil Məktəbinə daxil
Cavidan 19 İyun, 2024

Amerikalı Virciniya Hislop iyunun 16-da Stanford Universitetinin magistri dərəcəsini alıb.

V.Hislop 1936-cı ildə Stenford Universitetinin Təhsil Məktəbinə daxil olduqda onun planı bakalavr dərəcəsi almaq idi. Bakalavr təhsilini bitirdikdən sonra, 1940-cı ildə magistr dərəcəsi almaq fikrinə düşür.

Lakin kurs işini başa vurduqdan sonra və diplom işini təhvil verməzdən əvvəl hərbiçi Corc Hislopla ailə qurub. Corc Hislop İkinci Dünya müharibəsi dövründə hərbi xidmətə çağırılıb. Buna görə də Virciniya magistr dərəcəsi ala bilməyib. 83 il keçdikdən sonra o, Stanforda qayıdaraq magistr təhsilini tamamlayıb.

Stanford Universitetinin Təhsil Məktəbinin dekanı Daniel Svarts məzun günündə “bu gün biz 105 yaşlı məzunumuza təhsil sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq” deyib.

Qoca məzun orta məktəblərdə və məktəb şuralarında 80 ildən çox müddət ərzində müəllimlik və təhsil fəaliyyəti ilə məşğul olduqdan sonra magistr dərəcəsinə sahib olub.

Hazırda Hislop vaxtının əksəriyyətini ictimai işlərlə məşğul olmaqla, oxumaqla, ünsiyyətlə və bağçada işləməklə keçirir.

“Ondan öyrəndiyim ən böyük dərs heç vaxt oxumağı dayandırmamaqdır”,-deyə kürəkəni Doug Jensen bildirib. “O, doymamış oxucudur və 105 yaşında hələ də aktiv hərəkət edir”.

Ötən illərə baxan Hislop Stanfordda keçirdiyi vaxta və bu müddət ərzində ictimaiyyətdəki tərəfdaşlarından öyrəndiklərinə, tələbələrə təsir göstərə bildiyinə görə təşəkkür edir.

“Düşünürəm ki, bu illər ərzində yerli məktəb sistemimiz üçün çox yaxşı işlər görmüşəm və onun inkişafına kömək etmişəm. Mənim üçün bu dərəcə yerli məktəblərdə və müxtəlif məktəb şuralarında çalışdığım illərin qiymətidir”.

Təqdimat mərasimində dekan Daniel Şvarts qeyd edib ki, V.Hislop “nəhəng təhsil nailiyyətləri ilə dolu bir həyat sürüb”.

Mərasimdə qocaman məzunu həmkarları, ailə üzvləri, nəvə-nəticələri alqışlayıblar.

“Allahım, mən bu günü çoxdan gözləyirdim”, – deyə 105 yaşlı məzun bildirib. (“Azərbaycan müəllimi”)

Continue Reading

Previous: Kanada 13 Rusiya vətəndaşına sanksiya qoydu – Navalnıya görə
Next: F-16-lar Ukraynada yerləşdiriləcək – Ağ Ev

Bölmənin digər xəbərləri

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
  • Cəmiyyət

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”
  • Gündəm

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub
  • Cəmiyyət

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026

Top 7 Xəbər

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 1

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026
Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 2

Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək”

16 Mart, 2026
“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 3

“QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 2026
İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib 4

İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib

16 Mart, 2026
Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 5

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM

16 Mart, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 6

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

16 Mart, 2026
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək 7

ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

16 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 087)
  • Dünya (3. 266)
  • Gündəm (11. 418)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 966)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9087) Dünya (3266) Gündəm (11418) Kateqoriyasızlar (474) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2966) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb 16 Mart, 2026
  • Tramp: Müharibə bitəndən sonra neftin qiyməti “sürətlə düşəcək” 16 Mart, 2026
  • “QHT işi” üzrə təqsirləndirilən şəxsə hökm oxunub 16 Mart, 2026
  • İsrail İranın “hücum peykləri” üzərində işləyən kosmik obyektini məhv edib 16 Mart, 2026
  • Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb – SƏRƏNCAM 16 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.