Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ombudsman beynəlxalq təşkilatları Fransanın jurnalistlə bağlı hərəkətini pisləməyə çağırıb
  • Cəmiyyət
  • Gündəm

Ombudsman beynəlxalq təşkilatları Fransanın jurnalistlə bağlı hərəkətini pisləməyə çağırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətini
Cavidan 13 İyun, 2024
16762844905566359446_1200x630

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Fransa hökumətinin media nümayəndəsi ilə bağlı qərəzli hərəkətini pisləməyə və məsələ ilə bağlı zəruri araşdırmalar aparmağa çağırıb.

Səbinə Əliyeva xatırladıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə iştirak etmək üçün həmin ölkəyə səfər edən azərbaycanlı jurnalist 11 iyun tarixində Köln/Bonn Hava Limanında saxlanılıb və ona Fransa tərəfindən Şengen ərazisinə girişinin bloklanması barədə məlumat verilib.

Ombudsman bildirib ki, azərbaycanlı jurnalistə qarşı bu cür pis rəftar beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də söz, media azadlığı hüququnu, informasiya əldə etmək hüququnu kobud şəkildə pozur, eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyətin tətbiq olunmasına rəvac verir.

“Qeyd olunmalıdır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən, hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Eyni zamanda, Fransa iştirakçısı olduğu “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın, Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarına da zidd hərəkət edib” – deyə, insan hüquqları üzrə müvəkkil vurğulayıb.

S. Əliyeva xüsusilə qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nəzərə alınmaqla, məhz iqlim dəyişikliyi mövzusuna həsr edilmiş tədbirdə Azərbaycanın media nümayəndəsinin iştirakına bu şəkildə maneə törədilməsi yolverilməzdir:

“Fransanın siyasi münasibətlər, habelə əsassız qərəzli yanaşmalar səbəbindən jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinə əngəl törətməsi, habelə hərəkət azadlığını məhdudlaşdırmağa yönəlmiş bu cür addım atması aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən pislənilməli və məsələ ilə bağlı zəruri araşdırmalar aparılmalıdır”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub
Next: İranın dörd əyalətində meşə yanır

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 111254
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 092304
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 820)
  • Dünya (3. 471)
  • Gündəm (11. 982)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (529)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Prezident Mərakeş Kralını təbrik etdi Screenshot 2026-07-30 111254 1
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul, 2026
Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb Screenshot 2026-07-30 104916 2
  • Kateqoriyasızlar

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

30 İyul, 2026
Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb Screenshot 2026-07-30 100449 3
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

30 İyul, 2026
CHP-li bələdiyyə sədri saxlanıldı Screenshot 2026-07-30 092304 4
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

30 İyul, 2026
Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır Screenshot 2026-07-30 090258 5
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

30 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9820) Dünya (3471) Gündəm (11982) Kateqoriyasızlar (529) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.