Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Hansı ölkədə istirahət daha ucuzdur?
  • Cəmiyyət
  • Gündəm

Hansı ölkədə istirahət daha ucuzdur?

Yay mövsümünün başlaması ilə əlaqədar vətəndaşlar artıq tur şirkətlərinə üz tutaraq, xarici səfərlərini planlaşdırır. Pandemiyadan sonra çökən xarici
Cavidan 6 İyun, 2024
turizm

Yay mövsümünün başlaması ilə əlaqədar vətəndaşlar artıq tur şirkətlərinə üz tutaraq, xarici səfərlərini planlaşdırır. Pandemiyadan sonra çökən xarici turizm isə keçən ildən etibarən özünü bərpa etməyə başlayıb. Statistikaya görə, 2023-cü ildə 2 milyona yaxın vətəndaşımız xaricə səfər edib.

Məsələ ilə bağlı münasibət bildirən turizm eksperti Ceyhun Aşurov quru sərhədlərinin hələ də bağlı olmasına baxmayaraq, xaricə səfər edəcək sərnişinlərin sayında artım olacağını bildirib.
Onun sözlərinə görə, uçuş sayının çoxaldılması insanları xarici səfərlərə meyilləndirib:

“Ənənəvi bazarlar, əlbəttə, Türkiyə, Gürcüstan, Dubay, xüsusilə bəzi Şərqi Avropa ölkələri – Monteneqro, Albaniyadır. Bu ölkələrlə viza rejimi yoxdur. Vətəndaşlarımız da viza rejiminin olmadığı, birbaşa uçuşların həyata keçirildiyi uyğun qiymətli yerlərə səyahət edirlər”.

Ekspert bildirib ki, tələb-təklif prinsipinə əsasən, xüsusilə Türkiyəyə olan turpaketlərin qiymətlərində 30-50 faiz bahalaşma qeydə alınıb:

“Türkiyəyə bir nəfər üçün qiymət turistin qalacağı yerin kateqoriyasına görə, təxminən, 1000 dollardır. Halbuki bu, daha əvvəllər 500 dollar idi. Ümumiyyətlə, dünyada turpaketlər bahalaşır. Bu, enerji daşıyıcıları, inflyasiya, ərzaq qiymətlərinin artını ilə əlaqədardır. Amma son dövrlər kombinləşmiş Avropa turları, Şri-Lanka, birbaşa reyslərin daha çox olması ilə əlaqədar Dubaya, hətta uzaq Maldivlərə turlar təşkil olunur. Məsələn, Avropaya kombinləşmiş turlar bəzən 500-600 avrodan başlayır. Buraya yalnız oteldə qalmaq, ölkəiçi transferlər daxildir, gediş-gəliş bileti yox. Bu səbəbdən də hər nə qədər kəskin qiymət artımı nəzərə çarpsa da, vətəndaşlarımız qonşu ölkələrə getməyə üstünlük verirlər”.

Tur şirkətlərindən isə sorğumuza cavab olaraq bildirilib ki, müraciət edən vətəndaşların əksəriyyəti Türkiyə, Monteneqro, BƏƏ, Şri-Lanka, Bali, Misir kimi ölkələrə üz tutur. Üstünlük isə təbii ki, qardaş Türkiyəyədir. Qiymətlərə gəlincə, seçimlərə görə dəyişir:

“Əsasən Türkiyənin Antalya, Bodrum istiqamətləri ilə maraqlanırlar. Türkiyənin Antalya bölgəsinə iki nəfər üçün 4-5 ulduzlu otellərə turpaketlərin qiyməti 2500-3000 dolları əhatə edir. Qiymət seçimə görə daha da yüksələ bilər. Bodruma da tələbat çoxdur. Orada qiymətlər Antalyaya nisbətən daha yüksəkdir”.

Ümumiyyətlə isə xaricə səfər etmək istəyən turistlərə təklif olunan 1 nəfərlik minimal qiymətlər belədir:

Antalya – 800-1000 dollar (1 həftə);

Bodrum – 800-1400 dollar ( 1 həftə);

İzmir, Alaçatı – 678 dollar (1 həftə);

Şarm əş-Şeyx – 424 dollar (8 gün)

Şri-Lanka – 570 dollar (8 gün);

Budapeşt – 447-720 dollar (1 həftə) ;

Batumi – 500 dollar (4 gün) ;

Monteneqro – 600-1200 avro(1 həftə);

Mərakeş – 1400-1900 dollar (1həftə).

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakının bəzi yollarında tıxac yaranıb – SİYAHI
Next: Bu dəhliz Azərbaycandan Qərbə necə birləşəcək? – Putin

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 155254
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.