Skip to content
26 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

 Əməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə,
Cavidan 1 İyun, 2024

 
Əməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə, onda məsələnin daha çox suallar doğurması təbiidir. Bu günlərdə gündəmi zəbt edən “Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər” xəbəri də cəmiyyətdə çoxsaylı suallar yaradıb. 
Məlumat Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb. 
Məsələ ilə bağlı ekspertlərin dünya təcrübəsinə istinad edilən “Dünya ölkələrində minimum aylıq əməkhaqqı yoxdur, minimum saatlıq əməkhaqqı mövcuddur. Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır” kimi fikirləri durmadan tirajlanmaqdadır. 
Amma keçid zamanı hesablamanın necə aparılması, saatlıq əməkhaqqını təmin etmək üçün hansı şərtlərin irəli sürülməsi və s. kimi suallar hələlik açıq qalır. 
Daha yüksək əməkhaqqına vəsilə olacaq? 
Bir sıra ölkələrdə bu təcrübənin tətbiq olunduğunu deyən millət vəkili Vüqar Bayramov izah edir ki, keçidin əsas mahiyyəti məhz əməkhaqqının ay üzrə deyil, saatlar üzrə hesablanmasıdır: “Məqsəd ondan ibarətdir ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq, əməkhaqqının hesablanması və ödənilməsi həyata keçirilsin. Bu, praktik olaraq aylıq minimum əməkhaqqını sıradan çıxması anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə minimum əməkhaqqı hesablanması mümkündür. Nəticədə bu, imkan verəcək ki, baza olaraq saatlıq minimum əməkhaqqıdan istifadə olunsun və onun əsasında aylıq maaş müəyyən edilsin. Bu da təbii ki, ay üzrə vətəndaşın əldə etdiyi əməkhaqqı məbləğinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Ona görə də gözlənilir ki, saatlıq əməkhaqqına keçid olarsa, bu zaman təbii ki, aylıq minimum da nəzərə alınmaqla qaydalar tənzimlənəcək”. İqtisadçının sözlərinə görə, saatlar üzrə qiymətləndirilmə həyata keçirildiyi üçün bu, vətəndaşa bir yerdə deyil, bir neçə yerdə işləmək imkanı verə bilər. Nəticə etibarilə bu, işçinin daha yüksək əməkhaqqı almasına gətirib çıxarar”. 
Həftə sonu, bayram günləri işləyənlər sevinə bilərlər 
V.Bayramov bildirir ki, müəyyənləşdiriləcək minimumlar həm özəl, həm də dövlət sektoru üçün keçərlidir: “Bu zaman hər hansı mülkiyyət mənbəyinə görə fərqləndirmə olmayacaq. Təbii ki, məbləğ mexanizmin özündən asılı olaraq müəyyənləşəcək. Bu, həm saatların sayı ilə bağlı minimumlar, həm minimum əməkhaqqı ilə bağlı mövcud qaydalar və gözləntilər nəzərə alınaraq müəyyənləşəcək məbləğ olacaq. Ona görə indidən saatlıq əməkhaqqının məbləğini söyləmək praktik olaraq mümkün deyil. Təbii ki, əsas meyar ondan ibarət olacaq ki, minimum əməkhaqqı məbləği nəzərə alınmaqla müəyyənləşsin. Bu da imkan verəcək ki, vətəndaş ay ərzində minimum əməkhaqqıdan daha yüksək əməkhaqqı ala bilsin”. Qeyri-iş günlərinə və iş saatından artıq işləyən işçilərə gəlincə, ekspertin dediyinə görə, bu zaman qeyri-iş günləri, hətta işdən sonra işləyənlər üçün saatlıq əməkhaqqı məbləği fərqli olacaq: “Əslində, saatlıq əmək haqqının özəlliyi ondan ibarətdir ki, vətəndaş həftə sonu, bayram günlərində və ya iş saatından sonra çalışırsa, bu haqda xüsusi əmsala vurulmaqla onun əməkhaqqı hesablansın. Ona görə bu, imkan verəcək ki, daha çox işləyən, həftə sonu, qeyri-iş günləri işə dəvət olunan vətəndaşların əmək haqqı daha yüksək olsun. Bu, iş adamları tərəfindən daha aşağı əmək haqqının ödənilməsinin qarşısını ala bilər”. 
Əməyin ödənişi sistemində müasir standart 
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da təklif edilən yeniliyi əməyin ödənişi sistemində müasir standart kimi görür: “Yəni ixtisası olmayan bir işçi üçün bir saat ərzində minimum nə qədər ödəmək olar? Bu məsələdə “yuxarı” hədd tənzimlənmir, yalnız aşağı həddi nəzərdə tutulur. Bizim Əmək Məcəlləsində sosial-iqtisadi şərait nəzərə alınmaqla ixtisassız işçiyə verilə biləcək minimum əməkhaqqı mövcuddur. Gündə 8, həftədə 40, ayda 167 saat işləyən bir işçiyə 345 AZN-dən aşağı əməkhaqqı vermək olmaz. Fikrimcə, minimum əməkhaqqı bir saata 2 manat 05 qəpik düşür. Biz bunu 1 manat artırsaq belə, yekun məbləğ 500 AZN-i keçəcək. Dövlətin belə bir artıma gedib-getməyəcəyini bilmirəm. Çünki artım olsa, bu, dövlət büdcəsinə əlavə xərclər deməkdir”. Ekspert bu istiqamətdə qərarın yaxın vaxtlarda qəbul olunacağına əmin deyil: “Fikrimcə, müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaq, müəyyən hesablamalar aparacaq, bır sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək”.
Ekspertin fikrincə, saatlıq əməkhaqqının iş saatından artıq və qeyri-iş günləri işləyənlərə aidiyyəti olmayacaq: “Belə çıxmasın ki, bundan sonra kim neçə saat işlədi, ona görə əməkhaqqı alacaq. Tutaq ki, kimsə dövlət qulluğunda bir inzibati vəzifə tutur, onun şərti əməkhaqqı 1000 AZN-dir və əmək müqaviləsində gündəlik 8 saat işləməsi yazılıbsa, o, əvvəlki kimi işləyəcək, onun üçün heç nə dəyişməyəcək. Və yaxud, siz jurnalistsiniz, gündə 8 saat işləməlisiniz və buna görə sizə 700 AZN pul ödənilir. Yeni qayda sizə də şamil edilməyəcək. Bunun minimum əməkhaqqı alanlara aidiyyəti olacaq”. S.Məmmədov bütün hallarda belə bir müzakirənin olmasını dəstəkləyir: “Hələ MDB ölkələri bu sistemə keçməyiblər. Ola bilər ki, biz bu keçidi edən ilk ölkə olaq”. (“Kaspi” qəzeti)

Continue Reading

Previous: Amerika “demokratiya”sı Trampa QARŞI – Eks prezident Ağ Evə, yoxsa həbsxanaya GEDƏCƏK?
Next: Meksika tarixində ilk dəfə qadın prezident ola bilər

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.