Skip to content
7 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM: 23 mayda baş vermiş tarixi hadisələr

2001-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya
Cavidan 23 May, 2024

2001-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.

Bu nazirlik Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin  Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bəs, mayın 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1040-cı ilin 23 may tarixindә Dəndənəkan döyüşü baş verib. Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuq və Qəznəvilər dövlətləri arasında baş verən döyüşdə səlcuqlar qalib gəliblər.

2. 23 may 1568-cı ildə Niderland İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.

3. 1846-cı ilin bu günü Meksika ABŞ-a müharibə elan edib. Nəticədə məğlub olan Meksika 1847-ci ildə sülhə razılıq verib və 1848-ci ildə ABŞ ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə Meksikanın 55 faizinin (Texas, Yuxarı Kaliforniya və s. ərazilərin) ABŞ-a verilməsi daxil idi.

4. 1904-cü ilin bu günündə Avstriyanın paytaxtı Vyana şəhərində yunan-Roma güləşi üzrə ilk dünya çempionatı keçirilib. Yarışda iki çəki dərəcəsində 26 atlet mübarizə aparıb. Yunan-Roma güləşi üzrə ilk dünya çempionları isveçli Severin Alkvist (75 kiloqrama qədər) və avstriyalı Rudolf Arnold (75 kiloqramdan yuxarı) olublar.

5. 1919-cu ilin 23 may tarixindә İzmirin Antanta Dövlәtlәri tәrәfindәn işğal edilmәsi ilә bağlı İstanbulun Sultanәhmәd sәmtindә mitinq keçirilib. Mitinqdә 200 min adam iştirak edib.

6. 23 may 1923-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb. 2004-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Milli Kitabxana” statusu alıb.

7. 23 may 1933-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul olunan müvafiq qanunla Havayolları Dövlət İşlətmə İdarəsi – indiki Türk Hava Yolları yaradılıb. İlk illər Milli Müdafiə Nazirliyinə bağlı olan qurum cəmi 23 sərnişin yerinə malik 5 təyyarə ilə avqust ayında xidmətə başlayıb. 2022-ci ildə Türk Hava Yolları 388 təyyarəsi ilə dünyada ən böyük 9-cu avaişirkət olub. 129 xarici ölkədə 340 hava limanına uçuşlar həyata keçirir.

8. 23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki respublika yenidən birləşib.

9. 1988-ci ilin bu günü  dünya şöhrətli futbolçu Mişel Platini karyerasını sona çatdırıb.

10. 1992-ci ilin 23 may tarixindә İstanbula 117 il xidmәt edәn Qalata Körpüsü dağıdılıb.

11. 23 may 1992-ci ildə Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurulub.

12. 1992-ci ilin bu günündə Azərbaycanla Vatikan arasında diplomatik əlaqələr qurulub.

Mayın 23-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 23 may 1524-cü ildə Şah İsmayıl Xətai 36 yaşında vəfat edib. 

1524-cü ilin baharında – Novruzdan az sonra, Şah İsmayıl böyük qoşunla Qarabağ düzündə cərgə üsulu ilə ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Saysız-hesabsız vəhşi heyvanları Şahdağında ovlayıb, Ərdəbilə tərəf geri qayıdır. Lakin yolda ağır xəstələnir və Ərdəbildən tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Şah ismayıl 23 may 1524-cü ildə vəfat edir. Nəşini Ərdəbilə gətirib Şeyx Səfi məqbərəsində dəfn edirlər.

2. 1906-cı ilin 23 may tarixindә Norveçin mәşhur yazıçısı vә şairi Henrik İbsen vәfat edib.

3. 23 may 1935-ci ildə Azərbaycanlı teatr və kino aktyoru, Xalq artisti Muxtar Maniyev anadan olub.

4. 1945-ci ilin 23 may tarixindә gestapo rәhbәrlәrinin kömәkçisi vә Hitlerin Avropadakı yәhudilәri mәhv etmә proqramının memarı Henrix Himler intihar edib.

5. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyev 1958-ci ilin 23 mayında dünyaya gəlib.

6. Azərbaycan aktyoru və kinorejissoru, Xalq artisti Şəmsi Bədəlbəyli 1987-ci ilin bu günündə dünyasını dəyişib.

7. 1996-cı ilin 23 may tarixindә Türkiyәli müğәnni vә aktyor Tanju Okan vәfat edib.

Bizim.Media

Continue Reading

Previous: “Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA
Next: Günün qoroskopu: Yaxın ətrafınızda və ya yaşam arealında dəyişikliklər etmək olar

Bölmənin digər xəbərləri

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ
  • Cəmiyyət

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU
  • Cəmiyyət

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək
  • Cəmiyyət

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.