Skip to content
9 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 856)
  • Dünya (3. 181)
  • Gündəm (11. 074)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb
Cavidan 17 May, 2024

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib.

Qeyd edilib ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq.

Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq.

Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq.

Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb.

Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq.

Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

Həmçinin bildirilib ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir.

Bizim.Media

Continue Reading

Previous: May yağışının FƏSADLARI – Meyvə-tərəvəz BAHALAŞACAQ?
Next: BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr

Bölmənin digər xəbərləri

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək
  • Dünya

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

9 Fevral, 2026
İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq
  • Dünya

İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq

9 Fevral, 2026
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib
  • Gündəm

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

9 Fevral, 2026

Top 7 Xəbər

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək 1

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

9 Fevral, 2026
İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq 2

İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq

9 Fevral, 2026
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib 3

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib

9 Fevral, 2026
BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib 4

BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib

9 Fevral, 2026
Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB 5

Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB

9 Fevral, 2026
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb 6

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində hazırlanan mütəxəssislərin sayı açıqlanıb

9 Fevral, 2026
Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb 7

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin vəziyyəti açıqlanıb

9 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 856)
  • Dünya (3. 181)
  • Gündəm (11. 074)
  • İdman (618)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 937)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8856) Dünya (3181) Gündəm (11074) Kateqoriyasızlar (459) Kriminal (1332) Mədəniyyət (333) Siyasət (2937) Texnologiya (14) İdman (618) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək 9 Fevral, 2026
  • İranın ədliyyə rəhbəri: Son etirazlara görə həbs edilənlər əfv olunmayacaq 9 Fevral, 2026
  • Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib 9 Fevral, 2026
  • BVF-nin İcraçı direktoru Ağdam, Xankəndi və Şuşaya səfər edib 9 Fevral, 2026
  • Şəmkirdə içində hərbçilər olan avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var – YENİLƏNİB 9 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.