Skip to content
20 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA
  • Cəmiyyət
  • Gündəm

Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səkkizinci iclasdan sonra 4 kəndin Azərbaycana qaytarılması qərara alındı.
Cavidan 15 May, 2024
1715761381_photo_5343924784041416529_y

Aprelin 19-da Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı səkkizinci iclasdan sonra 4 kəndin Azərbaycana qaytarılması qərara alındı. Bundan əlavə, iki ölkə arasında ilk rəsmi sərhəd dirəkləri basdırıldı.

Bu proseslər isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı və erməni müxalifəti kəndlərin qaytarılmasının qəbuledilməz olduğunu düşünərək etiraz aksiyası keçirməyə başladı. Etirazlara erməni kilsəsi də qoşuldu ki, etirazlara “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan rəhbərlik etməyə başladı.
 
Hazırda Ermənistanın müxtəlif bölgələrində etiraz aksiyaları davam edir. Etirazçılar əsasən magistral yolları bağlayır və İrəvanın mərkəzində aksiyalarını davam etdirirlər. Onlarla insan polis tərəfindən saxlanılsa da, gərginlik günü-gündən artır. Diqqət yetirilməli olan ən mühüm məqamlardan biri də odur ki, etirazların arxasında duran siyasi güc Ermənistanın keçmiş prezidenti Robert Köçəryanındır.

“Köçəryan açıq oynasa, hərəkat gözdən düşəcək”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan erməni fəal və bloger Natali Aleksanyan, proseslərin arxasında Köçəryanın olduğunu təsdiqləyib:

“Köçəryan Ermənistanın gələcəyini Rusiya və Belarusla vahid dövlətin tərkib hissəsi kimi görür və Ermənistanda çevriliş etmək planlarından danışır. Köçəryan kilsə rəhbərlərinin hərəkata rəhbərlik edəcəyini bildirir. Özü isə gündəmə gəlməkdən çəkinir, çünki varlığı ilə istənilən hərəkatı gözdən sala biləcəyini anlayır. Məncə, bu mövzuda şərhlər lazımsızdır. Bütün suallara Robert Köçəryan özü hərtərəfli cavab verib”, – deyə Aleksanyan qeyd edib.

Bu vəziyyət Rusiyanın hadisələrdə rolunun olması məsələsini gündəmə gətirir. 

Köçəryanın Kremlə yaxın olması, Paşinyanın Rusiya ilə pisləşən münasibətləri onu deməyə əsas verir ki, Moskva Ermənistan hakimiyyətində sadiq xidmətçisi Köçəryanı görmək istəyir.

Rusiyalı politoloq Vadim Dubnov isə Moskvanın Ermənistandakı etirazlarda əli olmasını inkar edir:

“Düşünürəm ki, bu, Köçəryanın rolu haqqında bir qədər sadələşdirilmiş təsəvvürdür. Orada Paşinyandan narazı olan kifayət qədər müxtəlif qüvvələr birləşib. Lakin bu narazılıq onu devirmək üçün kifayət deyil. Moskva baş verənləri yaxından izləyir və vəziyyəti çox yaxşı başa düşür. Moskva anlayır ki, Ermənistanın Moskvaya qarşı kifayət qədər məhdud resursu var. Bu resurslar daha çox müxtəlif simvolik tədbirlərlə məhdudlaşır”.

Vadim Dubnov hesab edir ki, hazırda Rusiyanın Cənubi Qafqazdakı sülhə daha çox ehtiyacı var. Elə bu səbəbdən də, proseslərin gərginləşməsində maraqlı tərəf deyil:

“Moskvada Paşinyan və Putin görüşündə tərəflərin bir-birilərinə qarşı ölümcül addımlar atmamaq niyyətləri ifadə olunub. Rusiya da bu prosesi davam etdirəcək və Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyəcək. Çünki Moskva bu istiqamətdə daha çox maraqlıdır”, – deyə V.Dubnov əlavə edib.

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Emin Əmrullayevdən Qarabağ Universiteti ilə bağlı MÜHÜM AÇIQLAMA 
Next: “Sülhməramlıların çıxarılması prosesi yaxın vaxtlarda yekunlaşacaq”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-16 165012
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 154029
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 151345
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

Cavidan 16 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 757)
  • Dünya (3. 459)
  • Gündəm (11. 956)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 1
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 2
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 3
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb Screenshot 2026-07-16 151345 4
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

16 İyul, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-16 144719 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9757) Dünya (3459) Gündəm (11956) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.