Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Tükənən gücümüz – İtirilmiş həvəsimizi necə QAYTARAQ?

Son günlər bir çox insan yorğunluqdan, həvəssizilikdən şikayətlənir. Bu həvəssizliyin fonunda insanların həyata olan marağı azalır. Sanki qəribə
Cavidan 15 May, 2024

Son günlər bir çox insan yorğunluqdan, həvəssizilikdən şikayətlənir. Bu həvəssizliyin fonunda insanların həyata olan marağı azalır. Sanki qəribə bir bədbinlik vücudumuza çökür.

Maraqlıdır bu bədbinliyin, yorğunluğun “yaz depressiyası” ilə əlaqəsi varmı?

Klinik psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. Psixoloq qeyd edib ki, “yaz depressiyası”nı anlamaq üçün ilk növbədə depressiya konseptini başa düşməliyik:

“Depressiya əhval-ruhiyyənin aşağı olması, əzginlik, yorğunluq, ümidsizlik halı ilə müşahidə olunan və uzun müddət sürən bir psixoloji narahatlıqdır. Depressiya zamanı insanın enerjisi aşağı olur, əvvəl zövq aldığı şeylərdən indi zövq almır və özünü tükənmiş hiss edir. Depressiyanın olma səbəbini isə qısa şəkildə belə izah edə bilərik. Hansısa səbəblərdən beyində bəzi şeylər düz getməməyə başlayır.

Depressiya həyatın pis olması, ya da insanın yaşadıqları ilə bağlı deyil. Buna görə də depressiyada olan insanın özü və həyatı haqqındakı düşüncələri doğru olmur. Şəxs həyatın pis tərəflərini şişirib yaxşı tərəflərini görməzdən gəlir. Yəni depressiya həyatda nələrinsə yolunda getməməsi ilə bağlı deyil, beyində nələrinsə doğru getməməyi ilə əlaqədardır.
Elə bunun ən yaxşı nümunəsi də “yaz depressiyası”dır. Hər şey yolunda gedərkən birdən insan özünü pis etməyə başlayır, qaranlıq düşüncələrə dalır, gələcəyə ümidsiz baxır. Nə baş verdi? Nə dəyişdi? Sadəcə, yaz gəldi”.

O, sözlərinə belə davam edib:

“Yazın gəlişi ilə əlaqədar olaraq günün uzunluğu dəyişir. Günün işıqlı vaxtının uzanması insanların əvvəlkinə nisbətən daha hərəkətli olmasına və nisbətən daha gec yatmalarına səbəb olur. Bununla yuxu rejimi də dəyişir. Yuxu rejiminin dəyişməsi bədəndə iki şeyə təsir edir. Bioloji saatın pozulmasına və melatonin hormonunun balansının pozulmasına… Burada xüsusilə melatonin hormonu önəmlidir, çünki, bu hormon yatan zaman ifraz olunub, yuxunun keyfiyyətinə və növbəti gündə insanın özünü dincəlmiş hiss etməsinə müsbət təsir göstərir. Melatonin balansının pozulması yuxulu və yorğun olmaq mənasına gəlir.

Yorğun olan insanın aydın məsələdir ki, nələrisə etməyə enerjisi qalmayacaq və o, əvvəlki qədər zövq almamağa başlayacaq. Artıq bu zaman “xeyirli olsun”, əlimizdə “nur topu” kimi bir depressiya var. Eyni zamanda yayda insanlar daha az yemək yeməyə başlayırlar.

Bu da bədəndə maddələr mübadiləsinin pozulmasından tutmuş, serotonin səviyyəsinin azalmasına qədər hər şeyə təsir edir.

Xüsusilə, serotonin bir çox insanın “xoşbəxtlik hormone” dediyi bir maddədir. Əslində, bu ifadə doğru deyil. Çünki serotonin hormon yox, neyrotransmitterdi və xoşbəxtlik sadəcə serotoninlə bağlı deyil. Amma serotonin əskikliyi depressiyanın yaranmasının əsas səbəblərindən hesab edilir.
Yaz depressiyasından qaçmaq üçün gün ərzində fiziki aktiv olmaq, qida və yuxu rejiminə diqqət etmək lazımdır”.

Bizim.Media

Continue Reading

Previous: 7 ilin ən güclü partlayışı oldu
Next: Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

Bölmənin digər xəbərləri

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb
  • Dünya

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq
  • Cəmiyyət

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib
  • Gündəm

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026

Top 7 Xəbər

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 1

Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb

14 Mart, 2026
Sabah Bakıda 13 dərəcə isti olacaq 2

Sabah Bakıda 13 dərəcə isti olacaq

14 Mart, 2026
Bakıda market və bank kartından oğurluq edilib 3

Bakıda market və bank kartından oğurluq edilib

14 Mart, 2026
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 4

Azərbaycan XİN Efiopiyaya başsağlığı verib

14 Mart, 2026
Bakıda NATO-nun kursu keçirilib 5

Bakıda NATO-nun kursu keçirilib

14 Mart, 2026
Azərbaycan neftinin qiyməti 109 dolları keçib 6

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 7

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 079)
  • Dünya (3. 263)
  • Gündəm (11. 407)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 352)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9079) Dünya (3263) Gündəm (11407) Kateqoriyasızlar (473) Kriminal (1352) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zelenski: Rusiyanın Ukraynaya zərbələri nəticəsində dörd nəfər ölüb 14 Mart, 2026
  • Sabah Bakıda 13 dərəcə isti olacaq 14 Mart, 2026
  • Bakıda market və bank kartından oğurluq edilib 14 Mart, 2026
  • Azərbaycan XİN Efiopiyaya başsağlığı verib 14 Mart, 2026
  • Bakıda NATO-nun kursu keçirilib 14 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.