Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən…”
  • Cəmiyyət
  • Gündəm

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: “Bu tarixdən etibarən…”

Azərbaycanda Dövlət Reyestrindən çıxarışı olmayan mənzil sahibləri bu ilin sonuna qədər çoxdankı arzularına çata bilər. Beləki, problemin həlli
Cavidan 14 May, 2024
1715602646_1

Azərbaycanda Dövlət Reyestrindən çıxarışı olmayan mənzil sahibləri bu ilin sonuna qədər çoxdankı arzularına çata bilər. Beləki, problemin həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  xüsusi portal hazırlayır. Bu portal vasitəsi ilə sənədsiz evlərinə Dövlət Reyestrindən çıxarışın alınması xeyli asanlaşacaq. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərlə bağlı portalın hazırlanıb əhaliyə təqdim ediləcəyi ilə bağlı ictimaiyyətə dəfələrlə məlumatlar verilib:

“Portalın hazırlanması 2 formada aparılacaq. Birincisi yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərlə bağlı olacaq. Belə ki, həmin portal istifadəyə veriləndən sonra Dövlət Reyestrindən çıxarışı olmayan mənzillər bundan sonra MTK-lar tərəfindən yox, portal üzərindən idarə olunacaq. 

Bildiyimiz kimi, son 30 ildə paytaxtda və digər mərkəzi şəhərlərdə çoxmənzilli evlər tikilib, əhaliyə satılıb. Lakin bir çox insanlar bu prosesdən ziyan çəkib. Hətta külli miqdarda ziyan görənlər də olub. Bəzi MTK-larsa mənzil sahiblərinə vəd edilən Dövlət Reyestrindən çıxarış yox, sadəcə alqı-satqı müqaviləsi təqdim edib. Ona görə də uzun illərdir ki, bəzi insanlar yaşadıqları mənzili özəlləşdirə bilmir. Bu səbəbdə, yeni tikilmiş çoxmərtəbəli binalardakı müqavilə ilə olan mənzillər həmin portalda yerləşdiriləcək. Bu da insanları bir çox qayğılardan azad edəck”.

Elnur Fərzəliyev onu da əlavə edib ki, Abşeron yarımadasında 500 mindən artıq çıxarışı olmayan fərdi yaşayış evləri də var:

“Bu problemin həlli üçün də yeni portalın hazırlanması barədə aidiyyatı qurumlardan mütəmadi olaraq məlumatlar verilir. Nəzərə alaq ki, yüzminlərlə çıxarışsız mənzillərin sahibləri də çox ciddi çətinliklə üzləşirlər. Bundan təbii ki, dövlət də müəyyən itkilərə məruz qalır. Bu evlərin çıxarışı olsa onda həmin mənzillər ipoteka predmetinə çevrilər. Sığorta bazarında müəyyən canlanma yaranar.

Eləcə də həmin evlərin əmlak və torpaq vergisinə cəlb olunması problemi də aradan qalxar. Nəticədə, bu prosesdən həm vətəndaş, həm dövlət, həm də müvafiq qurumlar faydalana bilər. 

Çox təəssüf ki, bu proses neçə illərdir ki, yubanır. Yubandıqca da problem üzərinə problem gəlir. Ona görə də yaxın zamanlarda bu problem öz həllini taparsa bu yüzminlərlə insanın pozulmuş mülkiyyət hüquqlarının bərpasına gətirib çıxarar. Nəzərə alaq ki, vətəndaş ədalətli alıcıdır. O zamanında hansısa quruma – icra hakimiyyətinə, bələdiyyəyə, sovxoz və kolxozlara pul ödəyib torpaq alıb. Amma pul alan qurumlar öz işlərinə məsuliyyətsiz yanaşaraq vətəndaşları “dağa-daşa” salıb. Ona görə də bu məsələnin uzanması heç bir tərəfə sərf eləmir”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərdik. 

Mövzunu diqqətdə saxlayacağıq.

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib
Next: XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 155254
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.