Skip to content
6 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 439)
  • Dünya (3. 042)
  • Gündəm (10. 558)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci
Cavidan 10 May, 2024

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı 19 may saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu il mayın 5-də keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçirlər.

Rezidenturaya qəbul imtahanın 1-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün qeydiyyatdan keçməyən namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Məlumat üçün qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 23-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə avqustun 4-də keçirilməsi planlaşdırılır.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) namizədlər buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 1-11 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak edə bilmək üçün mayın 10-dan 19-dək ərizə verməlidirlər.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Onlar da mayın 10-dan 19-dək qeydiyyatdan keçib iştirak edə bilərlər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Continue Reading

Previous: Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Next: Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Bölmənin digər xəbərləri

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı
  • Cəmiyyət

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
  • Cəmiyyət

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək
  • Cəmiyyət

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025

Top 7 Xəbər

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 1

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 2

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 3

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 4

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025
Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 5

Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək

6 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib 6

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb 7

“Zirə” -“Qarabağ” və “Sabah” – “Neftçi” matçına təyinatlar açıqlanıb

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 439)
  • Dünya (3. 042)
  • Gündəm (10. 558)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8439) Dünya (3042) Gündəm (10558) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
  • Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6 Dekabr, 2025
  • Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 6 Dekabr, 2025
  • Nazir müavini: Növbəti ildə gənclər siyasətində peşəkar iştirakçılıq gündəmə gətiriləcək 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.