Skip to content
19 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”
  • Cəmiyyət
  • Gündəm

Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”

Cavidan 2 May, 2024
1714560272_photo_5303040719767853873_y

Ukrayna dronlarının Rusiyanın dərinliklərində neftayırma zavodlarına zərbələr endirməsi Kremli müharibə apararkən öz ərazisini müdafiə etməyə məcbur edib. 

Politoco nəşrinin məlumatına görə, bu hücumlar həm də ağlasığmaz nəticələrə gətirib çıxarıb: dünyanın ən böyük neft ölkəsi benzinsiz qalıb və yerli yanacağın qiyməti qalxıb.

“Hökumətin məlumatlarına görə, Rusiya istehlakçıları üçün dizel yanacağının qiymətləri təkcə son bir həftə ərzində təxminən 10 faiz artaraq kəlləçarxa çıxıb. Benzinin qiymətləri də ilin əvvəlindən bəri 20 faizdən çox artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb, çünki təklif azalır və daha çox zavod hasilatı dayandırmağa məcbur olur”, – nəşr yazıb.

Bəs bu durumda Moskva Ukraynaya daha sərt tədbirlərlə cavab verə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiyanın Ukraynaya cavab zərbəsi onun infrastrukturunu əsaslı şəkildə dağıtmaq istiqamətində olacaq:

“Qərbin dəstəyilə Ukrayna ordusu yeni yardımlar alır. Bu müstəvidə də Kiyevin döyüş əzmi artır. Ukrayna artıq uzaq mənzilli raketlər və yaxud atıcı silahlar əldə edərək, Rusiyanın dərinliyində olan obyektləri hədəfə almağa başlayıb. Sözsüz ki, Rusiya Ukraynanın bu hərəkətini cavabsız qoymayacaq. 

Düzdür, Moskvanın ona hansı tərzdə cavab verəcəyini demək çətindir. Fikrimcə, Rusiya ilk növbədə adekvat, hətta bir qədər ondan üstün həcmdə cavab zərbəsi endirəcək. Ukraynanın əsas problemi enerji təminatı məsələsidir. Zaporojye atom elektrik stansiyası onların nəzarətindən çıxıb. Digər su, istilik elektrik stansiyalarının bir çoxunu da Rusiya sıradan çıxarıb. Düşünürəm ki, Rusiyanın Kiyevə cavab zərbələri də məhz bu istiqamətdə olacaq”. 

Müsahibimiz qeyd edir ki, Moskva Ukraynanı enerji təminatı baxımından çökdürməyə, iqtisadi və sosial infrastrukturunu dağıtmağa və Kiyevi belədə danışıqlara gəlməyə məcbur etmək istəyir: 

“Rusiya gözləyəcək ki, Ukrayna sülh danışıqları ilə bağlı ona sorğu göndərsin. Lakin bu Amerikadakı Prezident seçkisinə qədər baş verməyəcək”. 

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı
Next: Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-18 125301
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

Cavidan 18 İyun, 2026
Screenshot 2026-06-18 122039
  • Cəmiyyət

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

Cavidan 18 İyun, 2026
Screenshot 2026-06-18 105947
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Cavidan 18 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 609)
  • Dünya (3. 408)
  • Gündəm (11. 881)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb Screenshot 2026-06-18 125301 1
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

18 İyun, 2026
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub Screenshot 2026-06-18 122039 2
  • Cəmiyyət

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

18 İyun, 2026
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı Screenshot 2026-06-18 105947 3
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

18 İyun, 2026
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib Screenshot 2026-06-18 101323 4
  • Cəmiyyət

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

18 İyun, 2026
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir Screenshot 2026-06-18 090738 5
  • Cəmiyyət

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

18 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9609) Dünya (3408) Gündəm (11881) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.