Skip to content
17 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 089)
  • Dünya (3. 268)
  • Gündəm (11. 425)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb

Cavidan 30 Aprel, 2024

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat yayıb.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 55 587 nəfərdən 422 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 8 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 4 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 may saat 10:00-dan 8 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Continue Reading

Previous: Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib – SİYAHI
Next: Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır

Bölmənin digər xəbərləri

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək
  • Cəmiyyət

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib
  • Cəmiyyət

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb
  • Cəmiyyət

ABŞ Prezidenti İranın Xarq adasının bombalanmasından danışıb: Sıradan çıxarılıb

16 Mart, 2026

Top 7 Xəbər

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 1

Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək

17 Mart, 2026
Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 2

Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir

17 Mart, 2026
Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 3

Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib

17 Mart, 2026
Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 4

Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb

17 Mart, 2026
Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 5

Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

17 Mart, 2026
Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib 6

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

17 Mart, 2026
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir 7

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir

17 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 089)
  • Dünya (3. 268)
  • Gündəm (11. 425)
  • İdman (637)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 353)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 967)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9089) Dünya (3268) Gündəm (11425) Kateqoriyasızlar (474) Kriminal (1353) Mədəniyyət (340) Siyasət (2967) Texnologiya (14) İdman (637) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək 17 Mart, 2026
  • Cənubi Koreya XİN: 26 gəmimiz Hörmüz boğazı yaxınlığında yerləşir 17 Mart, 2026
  • Milli Məclis “Yerin təki haqqında” qanuna dəyişiklikləri qəbul edib 17 Mart, 2026
  • Azərbaycanın ixrac etdiyi neft ucuzlaşıb, qaz isə bahalaşıb 17 Mart, 2026
  • Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb 17 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.