Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA
  • Cəmiyyət
  • Gündəm

“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA

Cavidan 30 Aprel, 2024
1714396217_1

Atalar demiş: “Qonşun pisdir, köç qurtar, dişin ağrıyır, çək qurtar”. Azərbaycanda insanların bir çoxu ancaq ən son anda stomatoloqa müraciət edirlər. Lakin unutmaq olmaz ki, mədə-bağırsaq sistemi birbaşa dişlərin sağlamlığı ilə əlaqədar olur.

Müasir dövrdə demək olar ki, addımbaşı stomatoloji mərkəzlərlə rastlaşırıq. Elə məhz buna görədir ki, diş müalicəsi zamanı yaranan infeksiyalar səbəbilə qaraciyərində Hepatit C virusu yaranan və diş sağlığına sahib olmaq istəyərkən, ölümə gedən çox sayda insanlar var. Çünki artıq hansı diş həkiminin ixtisaslı olub-olmadığını, eləcə də lisenziyalı çalışıb-çalışmadığını bilmək çətindir.  

Xüsusilə, implant diş qoyduran insanlar bu kimi fəsadlarla daha çox rastlaşırlar. El arasında “yerindən duran  diş texniki belə  özünə stomatoloji mərkəz açır və fəlaiyyət göstərir” kimi fikirlər də yayılmaqdadır. Təbii ki, heç bir pasiyent seçdiyi stomatoloqun nə təhsilli olub-olmadığını, nə də lisenziyalı işləyib-işləmədiyi ilə maraqlanır. Amma araşdırsaq, ixtisaslı və peşəkar  stomotoloqların sayı elə də çox deyil. 

Bəs öz sahəsinin ası olan stomatoloqlara necə etibar etmək olar? Diş həkiminin peşəkar olub-olmamasını hansı yollarla ayırd etmək mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan stomatoloq Simurq Məmmədov bildirib ki, pasientlər həkim seçərkən mütləq onun, diplomunun olub-olmamasını sorğulamalıdır:

“Ümumiyyətlə düşünürəm ki, əhalimizi bu mövzuda maarifləndirmək vacibdir. Çünki reallıq budur ki, nəinki kollec bitirmiş diş texnikləri, hətta heç bir ali təhsili olmayan şəxslər də stomatoloji kabinet açaraq və ya icarəyə götürərək fəaliyyət göstərirlər. 

Təbii ki, əhalimizin bu barədə məlumatsız olması ağır fəsadlara yol açır. İlk olaraq gigiyenik qaydalara riayət edilməməsi və sonunda Hepatit C kimi ağır xəstəliklərin yayılmasını qeyd etmək olar. Məhz buna görə də əhalimiz mütləq getdiyi stomatoloqun diplomunun olub-olmamasını sorğulamalıdır. Təəssüf ki, son illərdə Ukrayna və Gürcüstanda attestatla qiyabi təhsil alıb ölkəmizdə stomatoloq kimi fəaliyyət göstərənlər də çoxdur. Düşünürəm ki, bütün bunlardan Səhiyyə Nazirliyi xəbardardır və yaxın aylarda saxta diplomlu və diplomsuzların fəaliyyəti sona çatacaq”.

İmplantın cərrahi bir prosedur olduğunu vurğulan stomotoloqun sözlərinə görə günümüzdə bu işi bilən də, bilməyən də icra edir:

“Bu işi ixtisaslaşmış üz-çənə cərrahları icra etməlidir. Bunun üçün 5 illik stomatologiya fakültəsini bitirdikdən sonra, ölkəmizdə, ya da xaricdə üz-çənə cərrahiyyəsi ixtisasını da oxuyub bitirmək lazımdır. 

Təəssüf ki, bu işi bilən də, bilməyən də icra edir. Məhz buna görə implantoloji prosedurdan sonra və ya onun icrası zamanı ciddi fəsadlar, ağırlaşmalar olur. Ən kiçik fəsadlar kimi implantın sümüyə osteointegrasiyanın olmamasını və ya sonrakı dönəmlərdə implant ətrafında iltihabi prosesin olmasını misal göstərmək olar. 
Aparılan araşdırmalar göstərir ki, qoyulan implantlarla bağlı ağırlaşmaların olmasının səbəbi daha çox həkimin bu işlə bağlı planlamasının düzgün olmamasından qaynaqlanır. Bütün bunlar isə onu göstərir ki , həkimlərimiz dental implantasiya ilə məşğul olmaq üçün mütləq 5 il üz-çənə cərrahiyyəsi ixtisasını bitirməlidir”. 

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ
Next: Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 155254
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.