Skip to content
25 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Günə 60 BOŞANMA – Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı
Cavidan 23 Aprel, 2024

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Belə ki, 2024-cü ilin ilk ayında 3657 nikah və 1729 boşanma halları qeydə alınıb. Öən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurası təsis edilib. Şuranın yaradılmasında məqsədlərdən biri də boşanmaya gedən cütlüyün mübahisələrinin qarşısını almaq, məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir. Həmçinin hər iki şəxsin ortaq istəyinə və tələbinə uyğun addım atmaqla onları barışdırmaqdır. 

Maraqlıdır, Mediasiya Şurası ay ərzində boşanmaya gedən nə qədər cütlüyü barışdıra bilir?  

Bununla bağlı Mediasiya Şurasına sorğu ilə müraciət etsək də qurum rəhbərinin sözlərinə görə, bununla bağlı hesabatları bütün KİV-lərə eyni vaxtda açıqlaya bilirlər. 

Maraqlıdır, fəaliyyəti 5 ilə yaxın davam edən Mediasiya Şurası və bu yönümlü təşkilatlar boşanmaların qismən də olsa qarşısını ala bilirmi?

Millət vəkili Zahid Oruc Bizim.Media-ya bildirib ki, Mediasiya Şurası son dövrlərdə yaranmasına baxmayaraq, bir sıra sahələrdə mühüm işlər həyata keçirib:

“Vətəndaşların boşanma mərhələsində Mediasiya Şurasına müraciəti önəmlidir ki, onlarla danışıqlar aparıla bilsin. Belə olan halda, ciddi anlaşmazlıqlar da öz həllini tapmış olar. Ailə institutunun qorunması mühüm təhlükəsizlik məsələsidir. Çünki ailə kiçik dövlət, dövlət böyük ailədir. Ölkə Prezidentinin də çıxışlarında dəfələrlə bu mövzuya geniş yer verildiyinin şahidi oluruq. Biz bilməliyik ki, dövlət siyasətinin əsasında ailələri qorumaq dayanır”. 

Z.Orucun sözlərinə görə, belə olan təqdirdə, hər ilin statistikasında ailə quranların 35-40%-nin boşanmaya məruz qalması təhdidedici bir haldır:

“Bu istiqamətdə təhlillərrin aparrılmasına çox ciddi ehtiyac var. Mənim mənsub olduğum Sosial Tədqiqatlar Mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bu yöndə təşkilati işlər həyata keçirir ki, belə tədbir keçirilsin. Mediasiya Şurası da həmin tədbirdə iştirakçı olacaq. Çünki onlarrın malik olduğu çox böyük məlumat bazası var. Yəni baxışları birr araya gətirərək vahid dövlət sənədinin hazırlanmasına çalışacağıq”.

Continue Reading

Previous: Azərbaycanda zəlzələ oldu
Next: Deputatlar 18 məsələni müzakirə edir

Bölmənin digər xəbərləri

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB
  • Dünya

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub
  • Cəmiyyət

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər
  • Dünya

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026

Top 7 Xəbər

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 1

Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB

24 Yanvar, 2026
2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 2

2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub

24 Yanvar, 2026
Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 3

Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər

24 Yanvar, 2026
ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 4

ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib

24 Yanvar, 2026
Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 5

Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb

24 Yanvar, 2026
Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək 6

Güləş üzrə ölkə çempionatı Gəncədə keçiriləcək

24 Yanvar, 2026
Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib 7

Zelenski: Rusiya gecə ərzində Ukraynaya qarşı 370-dən çox dron və 20 raket istifadə edib

24 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 744)
  • Dünya (3. 145)
  • Gündəm (10. 933)
  • İdman (610)
  • İqtisadiyyat (560)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8744) Dünya (3145) Gündəm (10933) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (560)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Suriya XİN: SDQ ilə atəşkəs razılaşmasının müddəti uzadılmayıb – YENİLƏNİB 24 Yanvar, 2026
  • 2025-ci ildə Azərbaycanda tanınan xarici məhkəmələrin qətnamələrinin faizi məlum olub 24 Yanvar, 2026
  • Qarabağa tam köçdən sonra icra hakimiyyətləri ləğv oluna bilər 24 Yanvar, 2026
  • ABŞ İran neftini daşıyan “kölgə donanma”sına sanksiyalar tətbiq edib 24 Yanvar, 2026
  • Alyaskada Şimali Amerikanın ən böyük quruda qazma qurğularından biri aşıb 24 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.