Skip to content
19 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
  • Cəmiyyət
  • Gündəm

Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri
Cavidan 18 Aprel, 2024
e3f97531-c694-3780-a370-229214d281fe_850

Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün yeni içməli su xətləri çəkilib, mövcud xətlərdə təmir-bərpa işləri yerinə yetirilib.

Bu barədə “Report”un yerli bürosuna muxtar respublikanın “Meliorasiya və Su Təsərrüfatı” ASC-dən məlumat verilib.

Qeyd olunub ki, Şərur rayonunda 0,66 kilometr, Babək rayonunda 0,86 kilometr, Ordubad rayonunda 0,14 kilometr içməli su xətləri çəkilib, Şərur rayonunda 0,34 kilometr, Babək rayonunda 1,27 kilometr, Şahbuz rayonunda 0,4 kilometr, Culfa rayonunda 0,68 kilometr, Ordubad rayonunda 2,5 kilometr, Kəngərli rayonunda isə 0,11 kilometr mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb.

Bundan əlavə, içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonunun Çeşməbasar kəndində 3 288 metr ana boru, 3 000 metr paylayıcı boru, Güznüt kəndində 2 650 metr paylayıcı boru, Culfa rayonunun Dizə kəndində isə yeni tikilmiş subartezian quyusundan 2 395 metr suaparıcı boru xətti çəkilib. Ordubad rayonunun Dəstə kəndini içməli su ilə təmin etmək üçün yeni tikilmiş kaptajdan 1 200 metr suötürücü boru xətti çəkilib.

Bu müddət ərzində nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib. Şərur rayonunda “Həmzəli-2”, “Zeyvə-1”, “Muğanlı” nasos stansiyalarının təzyiqli boru xətlərində 1,37 kilometr, Babək rayonunda “Araz-1”, “Araz-2” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,01 kilometr, Şahbuz rayonunda “Mahmudoba”, “Daylaqlı”, “Şahbuzkənd”, “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının və Ayrınc, Şada kəndlərinin subartezian quyularının təzyiqli boru xətlərində 0,24 kilometr, Culfa rayonunda Bənəniyar su anbarının, Kırna və Bənəniyar nasos xətlərinin təzyiqli boru xətlərində 0,13 kilometr, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,2 kilometr, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Kərki”, “Şahtaxtı” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərində 0,22 kilometr, Naxçıvan şəhərində “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərində isə 0,01 kilometr təmir-bərpa işləri aparılıb.

Bu ilin yanvar-mart ayları ərzində 2 kəhrizdə cari təmir işləri başa çatdırılıb, 2 kəhrizdə isə cari təmir işləri davam etdirilib. Ötən dövr ərzində kəhrizlərdə 750 metr kürə təmizlənib, 20 metr saybənd hörülüb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının 8 ədədinə yeni nasos quraşdırılmaqla, 88 ədədi əsaslı təmir olunub. Bundan əlavə, Culfa rayonunun Dizə kəndinin su təminatını yaxşılaşdırılmaq məqsədilə 1 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq, istifadəyə verilib.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 102 evin içməli su xəttinə, 482 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb.

Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikintisi işləri başa çatdırılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Next: Mikayıl Cabbarova yeni müavin təyin edildi – Sərəncam

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-19 094905
  • Cəmiyyət

Cavidan 19 İyun, 2026
Screenshot 2026-06-19 090510
  • Cəmiyyət

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Cavidan 19 İyun, 2026
Screenshot 2026-06-18 125301
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

Cavidan 18 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 611)
  • Dünya (3. 408)
  • Gündəm (11. 881)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Screenshot 2026-06-19 094905 1
  • Cəmiyyət

19 İyun, 2026
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək Screenshot 2026-06-19 090510 2
  • Cəmiyyət

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

19 İyun, 2026
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb Screenshot 2026-06-18 125301 3
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

18 İyun, 2026
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub Screenshot 2026-06-18 122039 4
  • Cəmiyyət

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

18 İyun, 2026
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı Screenshot 2026-06-18 105947 5
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

18 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9611) Dünya (3408) Gündəm (11881) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.