Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ələt-Astara magistralında təhlükəli vəziyyət
  • Cəmiyyət
  • Gündəm

Ələt-Astara magistralında təhlükəli vəziyyət

“Yüksək sürət həddinə görə Ələt-Astara magistral yolunun kənarları çəpərlənir. Bunun səbəbi isə heyvanların yol kənarlarına çıxmasının qarşısını almaqdır.
Cavidan 16 Aprel, 2024
mal

“Yüksək sürət həddinə görə Ələt-Astara magistral yolunun kənarları çəpərlənir. Bunun səbəbi isə heyvanların yol kənarlarına çıxmasının qarşısını almaqdır. Amma bəzi yerlərdə həmin çəpərlər sökülür, heyvanlar yola buraxılır”.

Bu şikayətlə “Qafqazinfo”ya adıçəkilən yoldan istifadə edən vətəndaşlar üz tutublar.

Sürücülər bu problemlə əsasən Masallı, Lənkəran, Astara ərazisində rastlaşdıqlarını qeyd edirlər: “Bu problemlə tez-tez üzləşirik. Çəpərlər sökülərək heyvanların yola çıxmasına şərait yaradılır. Bu cür hallar həm də ağır qəzaların, təhlükənin yaranmasına səbəb ola bilər. Buna görə dəfələrlə aidiyyəti üzrə müraciət etmişik. Ancaq heç bir dəyişiklik yoxdur”.

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, sözügedən ərazidə çəpərlər yol istismara verilən zaman quraşdırılıb: “Həmin yol inşa edilən, istismara verilən zaman yol kənarına çəpərlər quraşdırılıb. Çünki həmin yol sürətli, magistral yoldur. Yəni ora canlının çıxması olduqca təhlükəlidir. Əfsuslar olsun ki, oradaki vətəndaşlar çəpərləri kəsib, heyvanları, mal- qaranı yol kənarına buraxırlar. Bu da nəticədə bədbəxt hadisə ilə sonlanır”.

Həmçinin qurumdan bildirilib ki, əraziya mütəmadi baxış keçirilir: “Əməkdaşlarımız mütəmadi olaraq əraziyə baxış keçirsələr də, bu kimi hallar təkrarlanır. Yol inşa olunanda xüsusi keçidlər qoyulur. Bu da yolun bir tərəfindən digər tərəfinə həm insanların, həm də heyvanların təhlükəsiz şəkildə keçməsini təmin edir. Burada problem insanların çəpərləri sökməsidir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti isə məsələyə belə münasibət bildirib: “Lənkəran Şəhər İcra Hakimiyyətinin tapşırıq və tövsiyələrinə uyğun olaraq inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən yol ətrafındakı mühafizə çəpərlərinin sökülməsinin, habelə mal-qaranın nəzarətsiz yollara buraxılmasının törədə biləcəyi təhlükə və fəsadlar barədə yerlərdə sakinlərlə müntəzəm maarifləndirmə işləri aparılır və sözügedən məsələ daim nəzarətdə saxlanılır”.

Post navigation

Previous: Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq
Next: Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 111254
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 092304
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 820)
  • Dünya (3. 471)
  • Gündəm (11. 982)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (530)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir Screenshot_20260730_175601_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul, 2026
Prezident Mərakeş Kralını təbrik etdi Screenshot 2026-07-30 111254 2
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul, 2026
Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb Screenshot 2026-07-30 104916 3
  • Kateqoriyasızlar

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

30 İyul, 2026
Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb Screenshot 2026-07-30 100449 4
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

30 İyul, 2026
CHP-li bələdiyyə sədri saxlanıldı Screenshot 2026-07-30 092304 5
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

30 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9820) Dünya (3471) Gündəm (11982) Kateqoriyasızlar (530) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.