Skip to content
30 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır. Bu barədə Dünya Bankının
Cavidan 11 Aprel, 2024

Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.

Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-2025-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.

Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.

“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 %-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, – hesabatda deyilir.

Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4 % civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.

Eyni zamanda 2024-2026-cı illərdə kənd təsərrüfatında 3 % (2023-cü ildəki 3,2 %-lik artıma qarşı), sənayedə 0,2 % (2023-cü ildəki 0,9 % azalmaya qarşı), xidmət sektorunda 2024-2025-ci illərdə artım 5,3 %, 2026-cı ildə 5,2 % (2023-cü ildəki 3,8 % artıma qarşı) artım gözlənilir.

Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4 %, 2025-ci ildə 3,9 %, 2026-cı ildə isə 3,5 % artacaq. 2023-cü ildə artım 9,6 % olmuşdu.

“Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1 %-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1 %-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profsitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5 %-ə yaxınlaşacağı proqnozlaşdırılır.

Azərbaycanın əsas ixrac və büdcə gəliri mənbəyi kimi karbohidrogenlərdən davamlı asılılığı onun əsas zəifliyi olaraq qalır. Bu, neft hasilatının azalması, neftin qiymətinin dəyişkənliyi və qlobal miqaysda qalıq yanacaqlardan imtina ilə əlaqədar uzunmüddətli artım perspektivlərini təhlükə altına salır”, – bankın analitikləri bildiriblər.

Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər: “Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirə bilər”.

Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində proqnozlaşdırır.

Continue Reading

Previous: ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə GEDİB
Next: Sunak: London İranı regional təhlükəsizliyə əhəmiyyətli təhdid kimi tanıyır

Bölmənin digər xəbərləri

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Cəmiyyət

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi
  • Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Top 7 Xəbər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 1

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 2

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 3

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 4

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 5

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 6

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 7

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9143) Dünya (3286) Gündəm (11478) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
  • Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 30 Mart, 2026
  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.