Skip to content
27 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 950)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb

Cavidan 4 Aprel, 2024

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını qeyd ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.

Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin, TBMM sədri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizm olduğu vurğulanıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibəti ilə təbriklərini çatdıraraq, deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.

Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimiz mühüm əməkdaşlıq istiqamətlərindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.

Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.

Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Continue Reading

Previous: Sülhməramlılar Xocalıda minatəmizləməyə cəlb ediləcək
Next: Hazırda bu yollarda TIXAC var

Bölmənin digər xəbərləri

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək
  • Cəmiyyət

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb
  • Gündəm

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq
  • Gündəm

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026

Top 7 Xəbər

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 1

Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək

27 Yanvar, 2026
Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 2

Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

27 Yanvar, 2026
Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 3

Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb

27 Yanvar, 2026
Azərbaycan nefti ucuzlaşıb 4

Azərbaycan nefti ucuzlaşıb

27 Yanvar, 2026
Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 5

Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq

27 Yanvar, 2026
Məktəblərdə qış tətili başlayıb 6

Məktəblərdə qış tətili başlayıb

27 Yanvar, 2026
ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH 7

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır – ŞƏRH

26 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 754)
  • Dünya (3. 149)
  • Gündəm (10. 950)
  • İdman (611)
  • İqtisadiyyat (563)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 319)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 928)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8754) Dünya (3149) Gündəm (10950) Kateqoriyasızlar (454) Kriminal (1319) Mədəniyyət (329) Siyasət (2928) Texnologiya (14) İdman (611) İqtisadiyyat (563)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan hərbçiləri BƏƏ-də “Sülh Qalxanı – 2026” təlimində iştirak edəcək 27 Yanvar, 2026
  • Prezident Sumqayıtda güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib 27 Yanvar, 2026
  • Rusiya ordusu Odessanı bombalayıb, 22 nəfər yaralanıb 27 Yanvar, 2026
  • Azərbaycan nefti ucuzlaşıb 27 Yanvar, 2026
  • Nəsimi və Nərimanovun bəzi ərazilərində qaz olmayacaq 27 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.