Skip to content
11 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 209)
  • Dünya (3. 308)
  • Gündəm (11. 563)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (479)
  • Kriminal (1. 370)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

XİN-dən 31 Martla bağlı BƏYANAT

Cavidan 30 Mart, 2024

Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü il bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür.

Tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu, baş verən hadisələrin tam şəkildə araşdırılmasının, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Ermənistanda yaşayan azərbaycanlıların kütləvi deportasiyası, bu ölkənin Azərbaycana qarşı hərbi təcavüzü və işğalı dövründə törədilən etnik təmizləmə və soyqırımı cinayətləri, 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda məskunlaşan mülki əhaliyə qarşı müharibə cinayətləri azərbaycanlılara qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərdi.

Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Continue Reading

Previous: ABŞ səfiri Şəkidə
Next: “İstədiyimiz nəticəni qazana bilmədik” – Ərdoğan

Bölmənin digər xəbərləri

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb
  • Dünya

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

11 Aprel, 2026
Masazırda iki qadın qətlə yetirilib
  • Gündəm

Masazırda iki qadın qətlə yetirilib

11 Aprel, 2026
Bakıda 6-cı Startap Forumu keçirilir
  • Cəmiyyət

Bakıda 6-cı Startap Forumu keçirilir

11 Aprel, 2026

Top 7 Xəbər

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb 1

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

11 Aprel, 2026
Masazırda iki qadın qətlə yetirilib 2

Masazırda iki qadın qətlə yetirilib

11 Aprel, 2026
Bakıda 6-cı Startap Forumu keçirilir 3

Bakıda 6-cı Startap Forumu keçirilir

11 Aprel, 2026
Q neftinin qiyməti 120 dollardan aşağı düşüb 4

Q neftinin qiyməti 120 dollardan aşağı düşüb

11 Aprel, 2026
Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər 5

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

11 Aprel, 2026
XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib 6

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

10 Aprel, 2026
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib 7

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

10 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 209)
  • Dünya (3. 308)
  • Gündəm (11. 563)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (479)
  • Kriminal (1. 370)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9209) Dünya (3308) Gündəm (11563) Kateqoriyasızlar (479) Kriminal (1370) Mədəniyyət (344) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (586)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb 11 Aprel, 2026
  • Masazırda iki qadın qətlə yetirilib 11 Aprel, 2026
  • Bakıda 6-cı Startap Forumu keçirilir 11 Aprel, 2026
  • Q neftinin qiyməti 120 dollardan aşağı düşüb 11 Aprel, 2026
  • Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər 11 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.