Skip to content
16 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 242)
  • Dünya (3. 325)
  • Gündəm (11. 604)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Sima Yaqubova Mediasiya Şurasının İdarə Heyətinin üzvü seçildi

Dekabrın 3-də Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib. İclası açıq elan edən Şuranın İdarə Heyətinin Sədri Nadir
Cavidan 4 Dekabr, 2021

Dekabrın 3-də Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

İclası açıq elan edən Şuranın İdarə Heyətinin Sədri Nadir Adilov gündəlikdə duran məsələlər barədə iclas iştirakçılarına məlumat verib, mövcud problemlər və qarşıda duran hədəfləri mediatorların diqqətinə çatdırıb.

İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Mediasiya Şurasına ünvanladığı müraciətə baxılıb. Mediasiya xidmətləri və məhkəmə fəaliyyəti arasında səmərəli koordinasiyanın həyata keçirilməsi, bu sahədə vətəndaş məmnunluğunun təmini, mediasiya və məhkəmə istifadəçilərinin münasibətlərinin sağlam meyarlar üzərində qurulması, ümumilikdə, Şuranın fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının Şuranın təsisçiləri sırasına qəbul edilməsi məsələsinə baxılaraq müsbət qərar qəbul edilib.

Eyni zamanda Şuranın İdarə Heyətinin üzvü Yusif Asif oğlu Allahverdiyevin İdarə Heyətinin üzvü kimi fəaliyyətinə öz arzusu ilə xitam verilməsi məsələsinə baxılıb və onun İdarə Heyətinin üzvlüyünə xitam verilib.

İclas həmçinin ölkəmizdə mediasiyanın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran mühüm vəzifələrin və tapşırıqların sistemli icrasının təşkili, geniş spektrli iş yükünün bölüşdürülməsinin təmini məqsədilə Şuranın İdarə Heyətinin 5 mediatordan ibarət tərkibdə müəyyən edilməsi ilə bağlı dəyişikliklər də qəbul edilib.

Qeyd edilib ki, dəyişikliklər müvafiq qeydiyyat orqanı tərəfindən qeydə alındıqdan sonra növbəti ildə keçiriləcək Mediasiya Şurasının Ümumi Yığıncağının növbədənkənar iclasında İdarə Heyətinə digər iki üzvün seçilməsi məsələsinə baxılacaq.

​Yusif Allahverdiyevin Mediasiya Şurasının İdarə Heyətinin üzvlüyünə öz ərizəsi əsasında xitam verildikdən sonra boş qalan İdarə Heyəti üzvü vəzifəsinə mediator, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova seçilib.

İclasda mediatorlardan ibarət Say Komissiyasının üzvləri və sədri seçilib.

Komissiyanın sədri Günel Sadıqova, üzvləri Araz Yusifov, Esmira Hüseynova, Leyla Nəsibova, Elçin Həsənov seçilib. Say Komissiyasının hesabalamalarına görə, açıq prinsiplərlə və şəffaf səsvermə üsulu ilə təşkil edilən iclasda qərarlar yekdilliklə və səs çoxluğu ilə qəbul edilib.

İclasda Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov, Mediasiya Şurasında təlim qurumu kimi təmsil olunan Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov çıxış edərək fikirlərini bölüşüblər.

Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev, Mediasiya Şurasının Naxçıvan Muxtar Respublikası üzrə Koordinatoru Yusif Həsənov, mediatorlardan Bəylər Məmişov, Şaiq Mirzəyev, Cabbar Həsənov, Orxan Cəfərbəyli, Elmira Sarıyeva, Bulud Yusifov, Cavid Hüseynov, Çingiz Məmmədov, Absələddin Əliyev, Taleh İbrahimov, Vüqar Qaracayev, Mayıl Əhməd gündəlikdə qoyulan məsələlərlə bağlı çıxış ediblər.

Digər mediatorlar Dilarə Əfrasiyabova, Fərhad Mehdiyev, Könül Yaqubova, Əli Adıgözəlov, İbrahim Cəfərov, Ayxan Rüstəmzadə, Ramil Şükürov, Mübariz Yolçiyev, Gülşən Salmanova, Elçin Məmmədov, Arslan Mikayılov, Jalə Hacıyeva, Qasım Şalıyev, Samir Əliyev, Aynur Kərimova, Günel İsmayılbəyli, Elçin Usub, Seymur Səfərov, Mehriban Məmmədova, İlham Rəhimov, İbrahim Cəfərov, İlkin İbrahimov, Lyudmila Rəhimova Ümumi Yığıncağın növbədənkənar iclasında müzakirəyə çıxarılan məsələlər üzrə rəy və təkliflərini bildiriblər

Continue Reading

Previous: 600 minlik yeyinti edən baş həkim – “Bunu təkbaşına görməmişəm”
Next: Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb

Bölmənin digər xəbərləri

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib
  • Cəmiyyət

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

16 Aprel, 2026
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib
  • Cəmiyyət

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

16 Aprel, 2026
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək
  • Cəmiyyət

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək

16 Aprel, 2026

Top 7 Xəbər

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 1

Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib

16 Aprel, 2026
Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib 2

Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib

16 Aprel, 2026
Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək 3

Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək

16 Aprel, 2026
Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi 4

Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi

16 Aprel, 2026
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib 5

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib

16 Aprel, 2026
Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib 6

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

16 Aprel, 2026
Şahin Mustafayev: “Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik” 7

Şahin Mustafayev: “Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik”

16 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 242)
  • Dünya (3. 325)
  • Gündəm (11. 604)
  • İdman (640)
  • İqtisadiyyat (587)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (346)
  • Siyasət (2. 981)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9242) Dünya (3325) Gündəm (11604) Kateqoriyasızlar (481) Kriminal (1371) Mədəniyyət (346) Siyasət (2981) Texnologiya (14) İdman (640) İqtisadiyyat (587)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib 16 Aprel, 2026
  • Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib 16 Aprel, 2026
  • Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək 16 Aprel, 2026
  • Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi 16 Aprel, 2026
  • Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib 16 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.