Skip to content
31 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Hər küçədə bar var, 16 yaşlı qızdan tutmuş 70 yaşlı arvada kimi…”
  • Cəmiyyət
  • Gündəm

“Hər küçədə bar var, 16 yaşlı qızdan tutmuş 70 yaşlı arvada kimi…”

Cavidan 16 Mart, 2024
anar_veziroglu (1)

2024-cü ilin yanvar-fevral  aylarında pərakəndə ticarət şəbəkəsində 440,4 milyon manatlıq içki və tütün məhsulları satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 % faizi içki və tütün məhsullarına sərf olunub. 

Bəs görəsən cəmiyyətdə spirtli içkilərə və tütün məhsullarına meylin bu qədər yüksək olmasının səbəbi nədir? 

Milli.Az bildirir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, əsas problem bu sahədə maarifləndirici təbliğatın aparılmaması ilə bağlıdır: 

“Hərtərəfli baxsaq, nəinki son iki ay, ümumiyyətlə son illər bütün məhsulların qiymətində yüksəlmə baş verib. Amma adət-ənənəmizə zidd olan spirtli içki və tütün məhsullarına tələbatın artımı beynəlxalq miqyasda istehsal gücünün həddən artıq olması ilə bağlıdır. Bu dəqiqə Azərbaycanda spirtli içki istehsal edən müəssisələrin sayı ən azı 60-a qədərdir. Əslində, hamısının tərkibi eynidir, sadəcə qablaşdırmada müəyyən fərqlər var. Son vaxtlar, xüsusən Avropa ölkələrində yayımlanan seriallara və kinolara baxıb qadınlarımızın də müəyyən hissəsi spirtli içkilərə və siqaretə meyillənir. Son 30 il ərzində qadınlarımızda içkiyə meyil həddən çox artıb. Əvvəllər Bakıda yalnız 2-3 yerdə barlar var idi, amma indi hər rayonun hər küçə və tinində barlar işləyir. Gedin baxın, əksəriyyət də qadınlardır. Yaşından asılı olmayaraq, 16 yaşından tutmuş, 60 yaşına qədər qadınlar görə bilərsiniz. Hətta inanın ki, 70 yaşında da var. Ən əsas problem insanların maariflənməsi və bu istiqamətdə düzgün təbliğatın aparılmamasıdır. Mənim özüm siqareti tərgitməmişdən əvvəl günə 3 qutu siqaret çəkirdim”.

“Cəhənnəmin məkanı olmur. İstər qayadan yıxılıb öldün, istər traktorun içində öldün, istər isti yorğan-döşəkdə öldün, ölümün məkanı yoxdu. Xatırlayırsınızsa, sovet dövründə Azərbaycanda arağın, çaxırın ən çox yayıldığı dövrdə evlərdə kustar üsulla içkilər də hazırlanırdı. Bu o deməkdir ki, bizim millətdə içkiyə meyillik əzəldən də olub. İndi bəziləri deyir ki, içkini xristian ölkələrində daha çox içirlər, bu yalan söhbətdir. Sadəcə Azərbaycanda bəzi spirtli içki növləri var ki, onlara daha çox tələbat var. Məsələn, araq çox, konyak isə az içilir. Çox qəribədir ki, bizdə elə ən ucuz içki konyakdır. Halbuki xarici ölkələrdə ondan biraz içirlər və xumarlanırlar. Sədi Şirazinin, Nizaminin, Füzulinin əsərlərində də dəfələrlə “saqi” ifadəsi qeyd olunur. Bu söz şərab paylayan deməkdir. Yəni içkiyə meyillilik hər zaman akual olub. Amma əndrəbadi şəkildə istifadə olunan dövr məhz indiki dövrdü”. 

Post navigation

Previous: Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı – RƏQİBLƏR
Next: Günün qoroskopu: Yaşamın rutinliyinə dəyişikliklər edin

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 111254
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 092304
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 820)
  • Dünya (3. 471)
  • Gündəm (11. 982)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (530)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir Screenshot_20260730_175601_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul, 2026
Prezident Mərakeş Kralını təbrik etdi Screenshot 2026-07-30 111254 2
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul, 2026
Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb Screenshot 2026-07-30 104916 3
  • Kateqoriyasızlar

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

30 İyul, 2026
Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb Screenshot 2026-07-30 100449 4
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

30 İyul, 2026
CHP-li bələdiyyə sədri saxlanıldı Screenshot 2026-07-30 092304 5
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

30 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9820) Dünya (3471) Gündəm (11982) Kateqoriyasızlar (530) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.