Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 353)
  • Dünya (3. 347)
  • Gündəm (11. 697)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Manaf Manafov: Qarabağda qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı

Cavidan 14 Mart, 2024

Manaf Manafov
Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi

Dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda digər milli adət-ənənələrimiz kimi, Novruz bayramı da xalqın sevgisi və ehtiramı səviyyəsində qeyd edilir. Amma xalqımız ən gözəl Novruz bayramını məhz 2021-ci il martın 20-də qeyd elədi. Həmin gün Şuşada, Cıdır düzündən Azərbaycan xalqını bayram münasibətilə təbrik edən Prezidenti İlham Əliyev dedi: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram”. Həmin gündən bayramlarımız tamam başqa və gözəl ab-havada keçirilir.

Novruz təkcə təbiətdə deyil, düşüncələrdə də yeniləşmənin rəmzi kimi qəbul edilir. Zərdüşt peyğəmbərə görə, bu bayramda insanlar gözəl düşünür, xeyirli sözlər danışır və savab işlər görürlər.

 Novruz bayramı yalnız onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.

Novruzun azərbaycanlıların ən əziz bayramı olduğunu və tarixi irsə bağlılığımızı parlaq nümayiş etdirdiyini deyən Ümummilli Lider Heydər Əliyev çıxışlarında bildirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ümummilli Liderin bu sözləri öz təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti və rəşadətli Ordumuzun sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. 2021-ci il martın 21-də Şuşada qalanan tonqalın alovunun istisi bütün Azərbaycana yayıldı.

Hazırda işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işləri aparılır. Bir vaxtlar doğma yurdlarını məcburən tərk etmiş vətəndaşlarımız mərhələ-mərhələ onlar üçün müasir üslubda tikilmiş evlərə köçürülür.  Artıq Zəngilanın, Laçının, Fizulinin, Cəbrayılın sakinləri Novruzu öz doğma ev-eşiklərində qarşılayırlar.  İşğaldan azad edilən digər şəhər və kəndlərimizə də keçmiş məcburi köçkünlərin qayıdışı prossesi davam edir.  Bütün bunlar dövlətimizin iqtisadi gücünün göstəricisidir. Arzu edirik ki, işğaldan azad edilmiş bütün rayonlarımızın sakinləri doğma yurdlarına qayıtsınlar və bayram tonqallarını qalasınlar.

Continue Reading

Previous: Oruc tutmağın doqquz faydası
Next: Sabahın hava – Proqnozu

Bölmənin digər xəbərləri

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA
  • Cəmiyyət

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
  • Cəmiyyət

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”
  • Cəmiyyət

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026

Top 7 Xəbər

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1

Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA

1 May, 2026
Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 2

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

1 May, 2026
Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 3

Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib”

1 May, 2026
Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 4

Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib

1 May, 2026
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 5

Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

1 May, 2026
Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq 6

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

1 May, 2026
“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək 7

“Gənclər evi” sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

1 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 353)
  • Dünya (3. 347)
  • Gündəm (11. 697)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9353) Dünya (3347) Gündəm (11697) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Partlayışda yaralanan həkim sağdır – RƏSMİ AÇIQLAMA 1 May, 2026
  • Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər 1 May, 2026
  • Nazir: “Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib” 1 May, 2026
  • Məhkəmə və digər aktların məcburi icrası üçün məlumat mübadiləsi üzrə əməkdaşlıq sazişi ratifikasiya edilib 1 May, 2026
  • Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib 1 May, 2026
© Addim.az | MoreNews by AF themes.