Skip to content
20 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Oxçuçayın çirklənməsinin qarşısını almaq üçün tədqiqat qrupu yaradılır
  • Cəmiyyət

Oxçuçayın çirklənməsinin qarşısını almaq üçün tədqiqat qrupu yaradılır

“Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də
Cavidan 3 Dekabr, 2021
1638533210.68331941-00ba-3ac1-888d-935dd6893af4_850

“Oxçuçaya Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden kombinatının, eləcə də Qafan filiz emalı zavodunun təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab sularının davamlı olaraq atılması çay hövzəsinin çirklənməsinə səbəb olub”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu çayın Azərbaycandan keçdiyi ərazilərinin ekoloji sistemini deqradasiyaya məruz qoyur: “Oxçuçayın Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması regionda əkin sahələrinin suvarılmasına və içməli su təminatına da olduqca mənfi təsir göstərir. Oxçuçayın davamlı çirkləndirilməsinin qarşısının alınmasının zəruriliyi və təxirəsalınmaz tədbirlərin görülməsi barədə beynəlxalq təşkilatlara müraciət ünvanlanmış və bu problemin birlikdə həll olunması ilə bağlı çağırışlar edilib. Bununla yanaşı ictimai məlumatlandırma aktiv şəkildə həyata keçirilir. Lakin çox təəssüf ki, bütün bu kimi müraciətlərə və haqlı tələblərə rəğmən, hələ də Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi davam etdirilir. Oxçuçayın çirklənməsinin qarşısının alınması məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq reabilitasiya proqramının hazırlanması məqsədilə tədqiqat qrupu yaradılır. Burada beynəlxalq elmi-tədqiqat təcrübəsinə böyük ehtiyacımız var”.

O əlavə edib ki, Tərtərçay üzərində inşa edilən Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min nəfər əhali üçün potensial təhlükə mənbəyinə çevrilmişdi: “Su anbarının suyu ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olmuşdu. İsti yay mövsümündə isə suyun buraxılmaması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaratmışdı. Bu ərazilərdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi yanaşmasının tətbiq olunması və dayanıqlı sosial-iqtisadi inkişafın, eləcə də su təhlükəsizliyinin təmin edilməsi strateji fəaliyyətimizin əsas istiqamətlərindəndir. Bu gün sudan səmərəli istifadə, itkilərin azaldılması, istifadə olunmuş sulardan təkrar istifadə son dərəcədə vacibdir. Müasir dövrümüzdə su ehtiyatlarından daha qənaətlə istifadənin təmin edilməsində innovativ həll yolları, rəqəmsal texnologiyalar həlledici rol oynayacaqdır. Burada məhz belə yanaşmaların tətbiqi nəzərdə tutulur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Qadınları heç kim zorla ərə verə bilməz” – “Taliban”dan fərman
Next: Ceyhun Bayramov Dmitri Kuleba ilə görüşdü

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-16 165012
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 154029
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 144719
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Cavidan 16 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 757)
  • Dünya (3. 459)
  • Gündəm (11. 956)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 1
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 2
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 3
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb Screenshot 2026-07-16 151345 4
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

16 İyul, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-16 144719 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9757) Dünya (3459) Gündəm (11956) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.